Akustik-səs çirklənməsi

AKUSTİK (SƏS) ÇİRKLƏNMƏSİ - müasir ında ekologiyanın qlobal problemləri (istilik - pamik adər effekti, ozon qatının dağılması, suyun və at- ı öz mosferin çirklənməsi, radioaktiv tullantılar və s.) a və arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər ə) - faktordan, məsələn, ozon qatının dağılması, turşulu fadə yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər ihitin iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından və geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində, hərəkət hitin etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır.

Yeniyetmələr üçün pleyerlərdiskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə pleyerlərdən sui- istifadə və diskotekalardakı səs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBA arasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır[1].

 Səsin ürək-damar sisteminə təsiri

[redaktə | mənbəni redaktə et]

Səs ürək-damar sistemi stressinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxma­sına, ürək döyüntüsünün qısalmasına, qan da­marlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur. Səsin təsiri nəticəsində beyin mad­dələrində adrenalinin və noradrenaiinin ayrıl­ması arta bilər. Məlum olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və qanın ayrılmasına şərait yaradır. İnsanda belə effektin yaranması üçün onun qısa müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir.

Səsin əsəb sisteminə təsiri

[redaktə | mənbəni redaktə et]

Assosiativ reaksiyaların tədqiqatlarının nəticələri göstərdi ki, əlverişsiz akustik şəraitdə yaşayan şəxslərdə mərkəzi əsəb sisteminin funksional vəziyyətinin dəyişməsinin ilkin əlamətləri görünür. Beyin qabığına daxil olan səs zamanı qıcıqlanma orada gedən əsəb proseslərini dəyişdirir. Əgər səs çox güclü olarsa və ya uzun müddət təsir göstərərsə, beyin qabığının hücey­rələrində həddindən artıq həyəcan başlayır. Bu zaman əsəb hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur və bu hüceyrələrin qıcıq­landırmaya cavab reaksiyasının xarakteri dəyişir.

AKUSTİK MATERİALLAR

[redaktə | mənbəni redaktə et]

AKUSTİK MATERİALLAR - səsi udan və səsi izolyasiya edən materiallar. Səsi udan materiallardan, əsasən, səsin zəiflədilməsinə ehtiyacı olan istehsalat binalarında və texniki qurğuların səsudan üzlüklərində, həmçinin optimal eşitmə şəraiti yaratmaq, yaxud akustik xassələri yaxşılaşdırmaq üçün istifadə olunur.

AKUSTİK TRAVMA

[redaktə | mənbəni redaktə et]

AKUSTİK TRAVMA - eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsi. Akustik travma nəticəsində daxili qulaqda baş verən ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. Profilaktikası: istehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər.

  1. Məmmədov Q.Ş.,Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008