Akustik travma

Akustik travma — eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsi.[1]

Akustik travma
MedlinePlus 001061

Akustik travma nəticəsində daxili qulaqda baş verən ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. Kəskin akustik travma hətta qısamüddətli güclü səsin təsirindən baş verə bilər. Xronik akustik travma səs-küylü istehsalatda uzun müddət işləyənlərdə olur.[1]

Profilaktikası

[redaktə | mənbəni redaktə et]

İstehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər görmək.[1]

  1. 1 2 3 Акустик травма // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 209.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]