Akustooptik deflektor — işıq şüasının fəzada akustooptik difraksiya və ya refraksiya əsasında meyil etməsini idarə edən qurğu. Difraksiyaya əsaslanan akustooptik deflektorda səsin (akustik dalğaların) tezliyini dəyişdirməklə işığın meyiletmə bucağı dəyişdirilir. İşıq şüasını ikikoordinatlı meyilləndirən difraksiya akustooptik deflektorunda iki ədəd cütləşdirilmiş bir ölçülü deflektordan istifadə edilir. Adətən, onlar bir akustooptik özəkdə (işıq-səs keçiricisində) yerləşdirilir və burada akustik dalğalar bir-birinə perpendikulyar istiqamətdə oyadılır. Refraksiya akustooptik deflektorunda işıq şüasının meyilləndirilməsi, onun mühitdən keçərkən yolunun əyilməsi (deformasiyasi) sayəsində yerinə yetirilir. Deformasiya qaçan akustik dalğaların təsirindən baş verir.
Bu məqalə qaralama halındadır. |