Akvadaq — qrafitin suda suspenziyası. Elektron-şüa borusunun iç səthində elektriki keçirən təbəqə yaratmaq üçün işlədilir.[1]
Qrafitin suda suspenziyasını sabitləşdirmək üçün bir üsul olan akvadaq 1906-cı ildə ABŞ kimyaçısı və sənayeçisi Edvard Açeson tərəfindən patentləşdirilmişdir və əvvəlcə sürtkü kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdur. "Akvadaq" sözü "Aqueous Deflocculated Acheson Graphite" ("suda deflokulyasiya edilmiş Açeson qrafiti") ifadəsinin qısaltmasıdır. İxtiraçı daha sonra ixtirasını 23 sənayeləşmiş ölkədə patentləşdirdiyindən və məhsul ixtiraçının rəhbərlik etdiyi "Acheson Industries" tərəfindən eyniadlı ticarət nişanı altında istehsal olunduğundan, ad qısa müddətdə məşhurlaşmış və dünyanın bütün dillərinə daxil olmuşdur.[2]