Ala qaçuu (qırğ. ала качуу) — Qırğızıstanda hələ də baş verən gəlin oğurlanması növləri.[1] Bu ifadə fərqli hərəkətlər üçün isitifadə olunur: həm gizli və razılıqlı qaçışlar, həm də razılıqsız insan oğurluğu üçün.[2] Qız ala qaçuu (qırğ. кыз ала качуу) qızı alıb qaçmaq demək. Tipik olaraq, kişilər qadınları razılıqsız qaçırdır.[3]
Sovet dövründə ala qaçuu yatırılırdı, SSRİ-n dağılmasından sonra isə, o yenidən üzə çıxmağa başlayıb. Onun indi əvvəl kimi olduğu-olmadığı mübahisəlidir. Bəzi mənbələrdə deyilir ki, əvvəl ala qaçuu oğurlama yox, bir qaçış forması idi. Bəzən "oğurlama" sadəcə toy mərasimin formal hissəsi ola bilərdi və gəlin razılı formada onda iştrak edirdi. Bəzilər oğurlanmağı hətta qürur mənbəyi kimi sayırlar, çünki, onların firkincə bu qadının həyat yoldaşı olmağa layiqliyini göstərir.[4]
Baxmıyaraq ki, Sovet dövründə də, müasir zamanda da, Qırğızıstanda gəlin oğurlaması qanuna ziddir, hökumət qadınları ondan yətərincə qədər müdafiə etməməyində günahlandırılır.[5][6]
Qırğızıstanda gəlin oğurlanmasının tarixi mübahisəli məsələdir. Rusiya və ondan sonra SSRİ kolonialist hakimiyyəti onu qanunla yasaqladı və beləliklə, SSRİ-n dağılmasından sonra, bəzilərin tərəfindən bu köhnə ənənənin qayıdışı mədəni kimliyinin təsdiqləməsinə kimi yanaşma yaradılıb.[7] Son vaxtların araşdırmaları gəlin oğurlamaların keçmişdə geniş yaymasının iddiasını şübhə altına qoyur. Qırğız tarixçiləri və Rassell Kleynbaxın yazdıqlarına görə, Sovet dövründə belə hadisələr nadir halda baş verirdi, amma XX əsrdə onların sayı kəskin şəkildə artıb.[8]
2015-ci ildə keçirilən sorğuya cavab verən evli qadınların 14,4%-i deyib ki, onları evlənmə üçün qaçırdılar. Həmin 14,4% qadınların 34%-i deyib ki, onlar buna əvvəlcədən razılıqlarını verməyiblər. Beləliklə, 4,89%-i razılıqları olmayaraq evləndirmə üçün oğurlanıb.[9] Bu Rassell Kleynbaxın tapınılarından fərqlənir. Onun araşdırması göstərib ki, Qırğızıstandaki nigahların yarısı gəlin oğurlaması ilə baş verir və o uğurlanmaların üçdə biri razılıqsızdır.[10]
Ala qaçuunun razılıqsız forması qanuna zidd olmasına baxmıyaraq,[11] bir çox yerlərdə (əsasən kəndistanlarda) gəlin oğurlanması yerli cəmiyyət tərəfindən qəbul olunan və çoxişlənən evlənməyin yoludur.[12] Hüquq mühafizə rəsmiləri qadınlara qarşı şiddət olaylarını ciddi cinayət kimi saymadığına görə, əksər hallarda, o cümlədə ailə daxili zorakilıq və zorla evlənmə üçün oğurlanma hallarında cavabdeh şəxslər təqib olunmur.[13]