Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır.[1] Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla).
Ala yelkənlər | |
---|---|
Ölkə | Rusiya |
Qeyd olunmağa başlayıb | 28 iyun 1968 |
5-tv.ru/parusa/ | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub.[1] İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib.[1] 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib.[1]
Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər[1].
Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı.[2] İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.[3]
Tədbir Troiçki körpüsünün[rus.] altından hərəkətə başlayan bir qrup katelə açıq elan olundu. Onların ardınca Leninqrad[rus.](indiki Ümid(rus. Надежда) adalanır) əsas gəmisi çıxdı. Gəmidə əlində bayraq olan 3 məzun dayanır. Onların ətrafında əllərində məşəllər tutan uşaqlar yerləşirdi. Həmin məşəllər vasitəsiylə Rostral sütun alovlandırılır və səhərə kimi alovlanmağa davam edirdi. İstifadə olunan gəmilər müxtəlif illərdə başqaları ilə olundu.[1]
Pirotexniki şou təxminən gecə yarısından sonra başlayırdı və təxminən 20 dəqiqə davam edirdi.[4]
1977-ci ildə Leninqrad Vilayət Komitəsinin rəhbəri Qriqori Romanov[rus.] tədbiri ləğv etmək qərarına gəldi və həmin il tədbir Kirov adına stadionda[rus.] gəmisiz keçirildi.1979-cu ildə Romanov gənclərin böyük izdihamı səbəbindən tədbiri tamamilə ləğv etdi.[1][5] Bayram yalnız 2005-ci ildə rəsmi statusunu bərpa etdi.
2005-ci ildə Vladimir Putin Ala yelkənlər bayramını yenidən keçirməyi təklif etdi. Məhz onun təşəbbüsü ilə Sankt-Peterburq qubernatoru Valentina Matvienko Sankt-Peterburqda məzunların bayramının keçirilməsi ənənəsini bərpa etmək qərarına gəldi.[6]
Bir çox kütləvi informasiya vasitələri festivalda sərxoş vəziyyətdə xeyli insanın olduğunu qeyd edirlər.[7][8]