Alabəzək əqrəblər

Alabəzək əqrəbHörümçəkkimilər sinfinə aid tip

Alabəzək əqrəblər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Alabəzək əqrəb, əqrəblər dəstəsinə aid olub təbiətdə çox geniş yayılmışdır. Bunlar sadə və çox qədim heyvanlar olduğuna görə onların quruluşunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Əqrəblər nisbətən iri olub, uzunluğu 10–13 sm -ə çatır. Bədən iki şöbədən ibarətdir. Baş – döş qarıncıq . Onların sərhədli bel tərəfdən aydın görünür. Baş-döş bel tərəfdən ümumi xitin qalxanla örtülmüşdür. Baş döşün üzərində karapaksin mərkəzində bir cüt median gözlər yerləşir. Bunlardan əlavə baş-döşün ön tərəfinin yanlarında bir neçə cüt göz vardır. Baş–döşün ventral hissəsi ətrafların əsas buğumları hesabına formalaşmışdır. Onlar ventral qalxancıqları əmələ gətirir. Bunlar birləşərək xitin lövhələri – sternumu yaradır. Bədənin ikinci şöbəsi olan qarıncıq buğumlu olub, 12 buğumdan və telsondan ibarətdir. Qarıncıq ön və arxa şöbələrə ayrılır. Telson zəhər vəzinə və iynəyə malikdir. Baş –döşdə 6 cüt ətraf vardır. Onların birinci cütü xeliserlər, ağızın önündə yerləşir və üç buğumdan ibarətdir. Sonuncu buğum qısqacın hərəki barmağın funksiyasını yerinə yetirir. Xeliserlər bəzən caynaqvari buğumla qurtarır, kənarlar dişcikli olur. İkinci cüt ətraflar, pedipalplar bir neçə buğumdan ibarətdir. Onlardan sonuncusu qısqaclara çevrilmişdir. Bunların daxili kənarları xitin dişciklərə malikdir. Onlarla qidanı tutur və xırdalayırlar. Bundan başqa pedipalplar toxunma hissi funksiyalarını da yerinə yetirir. Gəzici ətraflar 4 cütdür və 6 −7 buğumdan ibarətdir. Bir cüt caynaqla qurtarır. Burma qısa, bud və baldır uzundur.[1]

Onurğasızlar zoologiyasından praktikum . F. Q. Ağamalıyev , E. Ə. Muradova. Bakı "Maarif" nəşriyyatı, 2004. 204 səh.,

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Пёстрый скорпион Mesobuthus eupeus

  1. "Buthus eupeus". 2019-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.