Aladar Qereviç

Aladar Qereviç (mac. Aladár Gerevich; 16 mart 191014 may 1991, Budapeşt) — "bütün dövlərin ən yaxşı qılıncoynadanı" kimi tanınan macar qılıncoynadan.[1] Altı olimpiya oyununda sablya üzrə qızıl medal almışdır.[2]

Aladar Qereviç
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 16 mart 1910(1910-03-16)
Vəfat tarixi 14 may 1991(1991-05-14) (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
İdman növü Qılıncoynatma
Boyu 177 sm
Çəkisi 78 kq

Həyatı[redaktə | mənbəni redaktə et]

Aladar Qereviç eyni yarışmanı altı dəfə qazanan yeganə idmançıdır. Müharibə onsuz bəlkə də yarışlarda göstərdiyi ən təsirli nəticəsinə mane ola bilmədi, 1932 və 1960-cı illərdə qızıl medallar qazandı. Bu yarışların arasında 28 il fərq olmasına baxmayaraq o, yarışlarda uğur qazanmağa davam edirdi. Bu ilk və son olimpiya oyunları arasında olan ən uzun müddət idi. Bu rekord 2012-ci ildə Yeni Zellandiyalı idmançı Mark Todd tərəfindən yenidən təkrarlandı.[3]

Qereviçin həyat yoldaşı Erna Boqen, oğlu Pal Qereviç və qayınatası Albert Boqen də olimpiya oyunlarında qılıncoynatma üzrə medallar qazanmışdılar.[4]

1960-cı ildə Romada keçirilən olimpiya oyunlarında iştirak etmək üçün seçim mərhələlərində Macarıstanın Olimpiya komitəsi Qereviçə yarışlara qoşulmaq üçün yaşlı olduğunu bildirdi. O, keçirilən yarışlarda bütün idmançıları məğlubiyyətə uğradaraq komitə üzvlərini susdurdu. 1960-cı ildə keçirilən olimpiya oyunlarının qılıncoynatma üzrə final mərhələsində ani bir hərəkətlə məğlub oldu. Təqaüdə çıxdıqdan sonra 81 yaşında ölümünə kimi Budapeştin Vaşaş idman klubunda məşqçi kimi fəaliyyət göstərdi.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Legendary Olympians". CNN.com. 19 August 2008. 25 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2010.
  2. "Olympics Statistics: Aladár Gerevich". databaseolympics.com. 4 December 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 May 2010.
  3. Fred Woodcock. "New Zealand three-day eventers win bronze". stuff.co.nz. 31 July 2012. 12 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 July 2012.
  4. 1 2 "Aladár Gerevich Olympic Results". sports-reference.com. 17 April 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 May 2010.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]