Alapayevsk qurbanları (Alapayevsk şа́xtasının qurbanları) — Sovet höküməti nümayəndələri tərəfindən 18 iyul 1918-ci il gecəsi öldürülən Romanovlar sülaləsi üzvləri və onlara yaxın olan insanlar. Qətil hadisəsi çar ailəsinin edamının ertəsi günü, "Nijnyaya Selimskaya" mədəni yaxınlığında yerləşən Alapayevsk şəhərindən 18 km uzaqlıqda baş vermişdir, qurbanların cəsədləri mədən quyuların birinə atılmışdır. 8 iyun 2009-cu il tarixində Rusiya Baş Prokurorluğu Alapayevsk yaxınlığında öldürülənlərin hamısına bəraət qazandırdı.[1]
Alapayevsk qurbanları | |
---|---|
Vəfat tarixi | 18 iyul 1918 |
Qeyd edilir | Rus Pravoslav Kilsəsi və Xaricdəki Rus Pravoslav Kilsəsi |
Xatirə günü | 29 yanvar (Rusiya Yeni Övliyalar Baş Kilsəsi) və 5 iyul (yuli təqviminə görə) |
Vikianbarda əlaqəli mediafayllar |
Xaricdəki Rus Pravoslav Kilsəsi Alapayevsk yaxınlığında öldürülənlərin hamısını (F. Remez istisna olmaqla) övliyalar sırasına keçirdi. Rus Pravoslav Kilsəsi onlardan yalnız ikisini böyük knyaginya Yelizaveta Fyodorovnanı və rahibə Varvaranı müqəddəsləşdirdi.
Alapaevsk yaxınlığında öldürülənlərin siyahısına aşağıdakı şəxslər daxildir:
Bu yer yaxınlığında 1995-ci ildə Rus Kilsəsinin yeni şəhidləri və övliya adına monastır quruldu.