Alay silsiləsi — Qırğızıstanın cənubunda və qismən Tacikistanda dağ silsiləsi. Hündürlüyü 5,539 metrədək, uzunluğu 400 kilometrdir. Cənubdan Fərqanə vadisini əhatə edir. Qumlu-gilli və metamorfik şistlərdən, kristallik süxurlardan ibarətdir. Yal hissələrində qar və buzlaqlar var. Dağətəyi sahəsində yarımsəhra bitkiləri yayılmışdır. Yamacları ağot və şırımlı topal bitkilərindən ibarət quru çöllərdir, daha yüksəyə qalxdıqca çəmən-çöl bitkiləri və ardıc meşələri, 3,000–3,100 metr yüksəklikdə alp çəmənlikləri ilə əvəz olunur.[1]
Alay silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5.544 m |
Uzunluğu |
|
Eni | 20 km |
Yerləşməsi | |
39°40′12″ şm. e. 72°00′00″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |