Alaz Xan

Alaz Xan — türk və altay mifologiyasında ocaq tanrısı. Alas Xan olaraq da tanınmaqdadır. Evlərdəki ocağı və ev heyvanlarını da quruyar. Ocaq və içindəki od müqəddəsdir və ona hörmətlə davranılmalıdır. Əks halda Alaz Xan əsəbiləşərək yanğın törədər. Türklərdə göy böyük bir çadır olaraq düşünüldüyü üçün, ev tanrısı olan bu ruh, yer üzünün istiliyinə də müdaxilə edir. Ülkər bürcünün altı ulduzu göyün altı dəliyidir və oradan isti hava üfləyər. Beləcə yaz gəlir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Al/Yal) kökündən törəmişdir. Atəş, alov deməkdir. Yalaz, yalazlanmaq sözləriylə əlaqəlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.