Alban güləbətini

Alban güləbətini - (lat. Pulsatilla albana (Stev.) Bercht. et Presl).Qaymaqçiçəyikimilər (Ranunculaceae Juss.) fəsiləsinə aid bitki növü.

Alban güləbətini
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Alban güləbətini
Beynəlxalq elmi adı
  • Pulsatilla albana

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. 

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.[1][2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may-iyul aylarına təsadüf edir. Yuxarı dağ qurşaqlarında, əhəngli, çınqıllı-daşlı, daş yamaclarında və çəmənliklərdə rast gəlinir. Dekorativdir. Zəhərli bitki olduğundan mal-qara tərəfindən yeyilmir.[3]

Yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri.[4][5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Antropogen amillərin təsirinə baxmayaraq populyasiya hal-hazırda sabitdir, yalnız areallarının qismən daralması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Sistemsiz otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır, ekstremal iqlim şəraiti olan ərazilərdə yayılıb.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.

Sinonimləri:[redaktə | mənbəni redaktə et]

Pulsatilla andina (Rupr.) Woronow

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
  2. "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-16.
  3. Флора Азербайджана, 1953
  4. Əsgərov A.M.
  5. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V.