Albert-Mboyo Sambi Lokonqa (22 oktyabr 1999[1], Belçika) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Belçika futbolçusu. "Anderlext" klubunun akademiyasının yetirməsi olan Lokonqa həmin klubda peşəkar karyerasına 2017-ci ildə başlayıb.
Albert Lokonqa | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Albert Sambi Lokonga | ||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||
Tam adı | Albert-Mboyo Sambi Lokonqa | |||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||
Vətəndaşlığı |
Belçika Konqo DR |
|||||||||||||||||||||
Boyu | 1.73 | |||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||
Klub | Anderlext | |||||||||||||||||||||
Nömrəsi | 48 | |||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||
|
||||||||||||||||||||||
|
||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lokonqa Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Lokonqa Anderlext klubu ilə ilk peşəkar müqaviləsini 10 noyabr 2017-ci ildə imzalamışdır.[2] Lokonqa öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[3][4]
Əvvəllər Belçika U17, Belçika U19 və Belçika U21 kimi gənclər yığmasında oynamış[5] Lokonqa 2021-ci ilin mart ayında əsas milli komandanın heyətinə salındı.[6] Onun debütu 2 sentyabr 2021-ci ildə Dünya Kuboku seçmə mərhələsinin Estoniyaya qarşı səfərdə keçirilən oyuna təsadüf etdi, oyun 2:5 qonaqların qələbəsi ilə başa çatdı. O, 74-cü dəqiqədə Eden Hazardı əvəzlədi.[7]
Sambi Lokonqa Belçikada anadan olmuşdur. Valideynləri isə Konqo vətəndaşlarıdır.[8] Onun qardaşı Pol-Xose M'Poku peşəkar şəkildə futbolla məşğul olur.[9]
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Kontinental1 | Digər2 | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Anderlext | 2017–18 | Birinci Divizoun | 7 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 7 | 0 |
Ümumi karyera | 7 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 7 | 0 |
1UEFA Avropa Liqası görüşləri daxildir.
2Belçika Superkuboku görüşləri daxildir.