Albert-Nikolas Lottin (fr. Albert-Nicolas Lottin; 29 avqust 2001[2], Parisin 20-ci dairəsi[d]) — Niderlandın aşağı liqa təmsilçilərindən olan "Yonq Utrext" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən peşəkar Fransa futbolçusu.[3]
Albert Lottin | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||
Tam adı | Albert-Nikolas Lottin | ||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||
Doğum yeri | Paris, Fransa | ||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||
Boyu | 1.81 | ||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||
Klub | Bordo | ||||||||||||||||||
Nömrəsi | 24 | ||||||||||||||||||
Karyerası | |||||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lottin "Bordo" akademiyası vasitəsilə inkişaf etmişdir. O, Amerikanın GACP şirkəti klubu aldıqdan sonra akademiyaya qəbul olan ilk futbolçu olmuşdur.[4] 14 dekabr 2018-ci ildə Lottin Liqa 1 təmsilçilərindən olan "Bordo" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[5][6] O, öz peşəkar karyerasında debütünü 5 aprel 2019-cu ildə "Marsel" klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə François Kamanonu əvəz etmişdir. Liqa 1 görüşündə Bordo rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.[7] 2020-ci ilin sentyabrında oyunçu Niderlandın "Yonq Utrext" klubu ilə 3 illik müqavilə imzaladı
Lottin Fransada anadan olmuşdur. Valideynləri isə Kamerun vətəndaşlarıdır.[8]
Klub | Mövsüm | Liqa | Kubok | Liqa Kuboku | Avropa | Digər | Ümumi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Bordo | 2018–19 | Liqa 1 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | — | 1 | 0 | |
Ümumi karyera | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |