Albert Qonzales

Albert Qonzales (1981, Kuba) — 1981-ci il doğumlu Amerikalı hakerkiber cinayətkar.

Albert Qonzales
Doğum tarixi 1981
Doğum yeri
Fəaliyyəti haker, informatik

O 170 milyona yaxın bank kartının və ATMləri sındırmaqla 2005–2007-ci illərdə böyük soyğunçuluq etmişdi.

Qonzalesin ailəsi ABŞ-yə Kubadan 1970-ci illərdə mühacirət etmişdilər. Ona ilk kompüteri ailəsi 8 yaşı olanda almışdı. Cənubi Mayami ali məktəbini qurtardıqdan sonra 2000-ci ildə Nyu-Yorka köçmüş və burada 3 ay yaşamışdı. Həbs olunana qədər o, Nyu-Cersi ştatının Kerni şəhərində yaşamışdı.

Həbs zamanı o oğurladığı pulların 75000 dollarını öz ad günü şənliyinə xərcləmişdi və bildirmişdi ki, oğurladığı 304000 dollar pulu pulsayma maşını xarab olduqdan sonra əli ilə saymışdı. Qonzales lüks hotellərdə qalırdı, amma onun həyət evləri belə var idi.

Qonzalesin 3 federal məhkumluğu var:

  • 2008-ci ilin May ayında Nyu-Yorkda "Dave & Busters"ə kiber-hücuma görə(məhkəmə 2009-un sentyabrında keçirilib)
  • 2008-ci ilin May ayında Massaçusetsdə "TJ Max"a kiber hücuma görə (məhkəmə 2010-cu ilin əvvəlində keçirilmişdi)
  • 2009-cu ilin Avqust ayında Nyu-Cersidə Heartland ödəmə sisteminə kiber hücuma görə.

Qonzales 25 Mart, 2010-cu ildə federal həbsxanada 20 il müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

Qonzales və onun kiber-cinayətkar heyəti ABŞ-nin CNBC kanalında yayımlanan "American Greed" serialının 5-ci seriasında göstərilmişdi.