Aldaçı

Aldaçı – türk və altay mifologiyasında ölüm mələyi. "Aldacı Xan" kimi də tanınır.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Yeraltı tanrısı Erlikin insanların canını alması üçün yer üzünə göndərdiyi və onun elçisi olduğuna inanılan pis ruhdur. Uzun qara geyimləri və quru bir atı vardır. Görünüşü heybətli və qorxu vericidir. Keçdiyi yerlərə qorxu salar. Idarə etdiyi ölüm ruhlarına da Aldaçılar adı verilər.

Altaylılara görə ölü bir evdən çıxdıqdan sonra aldacı deyilən pis ruhlar evdə qalar. Bunun üçün o evdən yeddi gün çölə əşya verilməz və içəriyə də alınmaz. Ev, yeddi gün sonra təmizlənir və ancaq sonrasında o evə girilib yemək edilir.

Ölüm və Aldacı[redaktə | mənbəni redaktə et]

Ölüm, varlığın canlılığını itirməsi, ruhun olduğu bədəni dönməmək üzrə tərk etməsi şəklində açıqlanır. Türklərdə ruhun insan bədənini yuxu halındaykən və ya xəstə olarkən də tərk etdiyi düşünülürdü. Tinin (ruhun) bu hərəkətli qisiminə Süne adı verilər. Aldacı isə tinin hərəkətsiz qismini (Sür) alaraq aparar və etdiyi bu səfərdə ona yoldaşlıq edər. Köhnə türklər ölümün bir son olmadığını, ölümdən sonra həyata və axirətə inanardılar. Payız isə təbiətin ölümü deməkdir. Ölüm bilinmezlik və sirrdir. Türklərdə ölümlə əlaqədar bir çox adət-ənənə vardır. Məsələn ölən birinin ardınca yas tutulurken, ölünün paltarları ortaya yığılır və kasıb fukara bunlardan istədiyini alır. Bu paltar təpəsinə "Soyxa" adı verilər.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Al/Hal) kökündən törəmişdir. Almaq və ya aldamaq (aldatmaq) kökündən gəlir. "Altaçu" qədim türk dilində aldadan, hiylə edən deməkdir. Aldah feli monqolcada itirməyi bildirir. Alda sözü qədim altay və monqol dillərində anlamaq, qavramaq (tunqus dillərində isə alda formasıyla) dərinlik mənaları ehtiva edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]