Aleksandr Çuçelov

Aleksandr Dmitriyeviç Çuçelov (26 aprel 1933, Tallin, Estoniya — 1 yanvar 2017) — EstoniyanıSSRİ-ni beynəlxalq yarışlarda təmsil etmiş yelkənli qayıqçı. Olimpiya Oyunlarında gümüş medal qazanmışdır. Estoniya SSR-in əməkdar məşqçisi olmuşdur.

Aleksandr Çuçelov
Şəxsi məlumatlar
Tam adı Aleksandr Çuçelov
Vətəndaşlığı Estoniya Estoniya
Doğum tarixi
Doğum yeri Tallin, Estoniya
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri
Təhsili
Boyu 184 sm
Çəkisi 85 kq
İdman növü Yelkənli qayıq
Medallar
2 yanvar 2017 tarixində yenilənib.

Çuçelov 1960 Yay Olimpiya Oyunlarında iştirak etmiş və Finn sinfi üzrə gümüş medal qazanmışdır.[1] Tokioda təşkil edilən 1964 Yay Olimpiya Oyunlarında Çuçelov həmin sinif üzrə 12-ci yeri tutmuşdur.

Finn sinfindən sonra Solinq sinfinə keçdi. Bu üzrə o, SSRİ-də üç dəfə çempion oldu. 1976-cı ildən məşqçi kimi fəaliyyət göstərməyə başladı. İdman gəmi inşaatının Tallin eksperimental tərsanəsində baş konstruktor işləyirdi.

1979-cu ildə Estoniya SSR-in əməkdar məşqçisi adına layiq görülmüşdür. Bir neçə dəfə yelkənli qayıq idmanı federasiyasının rəyasət heyətinin tərkibinə daxil olmuş və məşqçilər şurasının sədri seçilmişdir. İdman cəmiyyətinin fəxri üzvü olmuş və "Kalev" nişanına layiq görülmüşdür (1963).

Çuçelov 1 yanvar 2017-ci ildə Tallində vəfat etmişdir.

  1. "Рим - 1960" (rus). Газета.Ru. 2014-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]