Aleksandr Krıçinski (v. 1673, 13 oktyabr 1673[1] və ya 13 noyabr 1673) — Lipka tatarı olan hərbi xadim, kapitan və rotmistr.
Aleksandr Krıçinski | |
---|---|
polyakca: Aleksander Kryczyński | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1673, 13 oktyabr 1673[1] və ya 13 noyabr 1673 |
Vətəndaşlığı |
Reç Pospolita Osmanlı imperiyası (1672-1673) |
Milliyyəti | Lipka tatarı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Polşa Ordusu |
Qoşun növü | Süvari |
Rütbəsi | Rotmistr |
Döyüşlər |
Hmelnitski üsyanı Osmanlı-Polşa müharibəsi (1672-1676) |
Aleksandr Krıçinski Reç Pospolita dövlətinin hərbi qurumlarından biri olan və yalnız Lipka tatarlarından təşkil edilmiş Tatar bölüyündə xidmət etmiş və kapitan rütbəsinə qədər yüksəlməyi bacarmışdır. Bu bölük uzun müddət mövcud olmuşdur.
Reç Pospolita ordusunda xidmət edən Lipka tatarları 1672-ci ildə üsyana qalxdılar. Üsyanın səbəbi onların maaşlarının verilməməsi və dini azadlıqlarının məhdudlaşdırılması idi. Üsyan başladıqdan sonra Aleksandr Krıçinski üsyannı rəhbəri oldu. Üsyanı yatırmağa çalışan Reç Pospolita ordusuna III Con Sobieski rəhbərlik edirdi.[2][3][4]
Üsyana qatılmış tatarların sayı dəqiq olaraq bilinmir, lakin 2 minlə 3 min arasında olduğu düşünülür. Reç Pospolitaya üsyan qaldıran Lipka tatarları Osmanlı imperiyasına tabe olduqlarını elan etmişdirlər. Nəticədə meydana çıxmış Osmanlı-Polşa müharibəsində (1672-1676) Lipka tatarları osmanlılar tərəfdən döyüşmüş və onlara bələdçilik etmişdirlər. Coğrafi ərazilərə yaxşı bələd olan tatarların səyləri nəticəsində Reç Pospolita tərəfinə ağır zərbəlrə vuruluşdur. Lipka tatarlarının komandanı, rotmistr Aleksandr Krıçinski sultan tərəfə keçdiyinə görə sultanın əmri ilə Bar qalasının komandanı təyin olundu. Əsas türk orduları Kamieniek Podolskini mühasirəyə alarkən, tatarlar Podole bölgəsinə hücum etdilər. Kamieniak Osmanlı tərəfindən ələ keçirildikdən sonra bəzi Lipka tatarları rada məskunlaşdılar və birdə Reç Pospolitaya geri dönmədilər. Orada məskunlaşanlar hələ də öz adətlərini qoruyub saxlamaqdadırlar.[5]
Polyak hərbi formaları geyinən tatarlar yaşayış bölgələrinə yaxınlaşır və qəfildən heç nədən şübhələnməyən polyaklara hücum edib, yaşayış bölgələrini ələ keçirirdilər. Lakin tədricən tatarlar sultanın tabeliyindəki yaşamlarından da narazı oldular. Sobieskiyə gizli məktub göndərdilər və əgər irəli sürdükləri 10 şərtin qəbul olunacağı halda, əvvəlki yerlərinə qayıtmağı istədiklərini bildirdilər. Onların təklifləri əvvəl rədd edildi.[6][7]
Lipka üsyanı qısa müddətli oldu. Lipka tatarları Osmanlı sultanının sərt idarəçiliyi altında yaşamaqdan məmnun deyildilər. Həmçinin sultan tərəfindən onlara verilən Bar bölgəsi də məhsuldar və zəngin bir bölgə deyildi. Nəhayət Lipka tatarları Sobieski ilə razılığa gəldilər və onun tərəfinə keçdilər. Sobieski onların yardımı ilə Bar bölgəsini ələ keçirdi. Bundan əvvəl isə Bar qalasının komandanı Aleksandr Krıçinski qətlə yetirildi və onun yerinə oğlu qala komandanı oldu.
Sobieski tərəfinə keçən Lipka tatarları İsveçə qarşı olan müharibədə də aktiv formada iştirak etdilər.
Aleksandr Krıçinskinin həyatı polyak yazıçı Henrik Senkoviçin "Bozqırda alov" əsərindəki Azya personajını yaratmasına ilham mənbəyi olmuşdur.[8]