Aleksandr Rzaqulu Mirzə

Aleksandr Petroviç Rzaqulu Mirzə (1869-?), çar zabiti, Qacar şahzadəsi

Aleksandr Rzaqulu Mirzə
Aleksandr Rzаqulu mirzə оğlu Qovanlı-Qacar
Digər adı Aleksandr Petroviç Rzaqulu Mirzə
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq
Vəfat tarixi 1941-ci ildən sonra
Fəaliyyəti hərbi qulluqçu

Aleksandr Petroviç Rzaqulu Mirzə 1869-cu il mayın 25-də Sankt-Peterburq quberniyasında anadan olub. Anası, Aleksandra Tuqan Mirzə- Baranovskayanın arzusu ilə (Tuqan gerbi litva-tatar zadəgan nəslindən olan kollej müşavirinin qızı, müsəlman təriqətini qoruyub saxlayıb) pravoslavlığı qəbul edib və oğlunu da pravoslav adətinə görə Aleksandr Petroviç adıyla xaç suyuna çəkdirib. Onun xaççəkmə mərasimində Böyük Knyaz Pyotr Nikolayeviç Böyük Knyaginya Aleksandra Nikolayevna ilə birlikdə iştirak edib. Rzaquluya da onun atası kimi böyük hörmət əlaməti olaraq alicənablıq titulu verilib. O, əvvəlcə Riqa üçsinifli realnı məktəbini bitirib və sonra da 1895-ci ildə Vilenski piyada yunker məktəbini bitirib. 178-ci ehtiyat piyada İzborsk alayına təyinat alıb. 1903-cü ildə Leyb-qvardiyanın 2-ci Kuban Əlahəzrətin mühafizə sotnyasının zabiti olub.

I Dünya müharibəsində Qrodno qusar qvardiyasında iştirak edərək Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur. Böyük Knyaz Mixail Aleksandroviçin Şəxsi qvardiyasında o, həlak olana qədər xidmət edib. Peterburqda Şpalernı küçəsi 28 saylı binada yaşayırdı.

1918-ci ilin avqustunda Kolçakın xilaskar ordusu Yekaterinburqa daxil olanda, "çara və vətənə" sədaqətlə xidmət etməkdə davam edən Rzaqulu şəhərin komendantı təyin olunur. Çar sarayının sabiq üzvü və şəhərin komendantı kimi Rzaqulu Mirzə çar ailəsinin məhvinin, onun sonrakı taleyinin izlənilməsində fəal iştirak edir. Qırmızı Ordunun hücumundan sonra Yelizaveta Fyodorovnan meyidi böyük çətinliklə, əvvəlcə Çitaya, sonra da Çinə aparılır. Nəhayət, 1921-ci ilin yanvarında onun nəşinin qalıqları bu dəfə başqa bir azərbaycanlının, Hüseyn Xan Naxçıvanskinin fəal səyi nəticəsində Pekindən, Şanxaydan və Port-Səiddən keçərək Yerusəlimə çatdırılır və rus pravoslav məbədi Mariya Maqdalenada saxlanılır. Böyük Knyaginyanı burada dəfn etməyə icazə almaq üçün Hüseyn Xan Naxçıvanski o vaxt türklərə məxsus olan Yerusəlimin hakimiyyət dairələrindən icazə almaq üçün xeyli qızıl ehtiyatından keçməli oldu. Onun adı elə indi də Rusiyanın və Yerusəlimin pravoslav kilsələrində Böyük əzabkeş Yelizaveta Fyodorovnanın ruhuna oxunan dualarda yada salınır. Sonradan 2005-ci il yanvarın 13-də Bakıdan keçməklə knyaginyanın nəşi Moskvaya çatdırılır.

Qırmızı ordunun hücumlarından qaçan Aleksandr Petroviç Rzaqulu Mirzə Yekaterinburqdan Çitaya, sonra Harbinə və oradan da ABŞ-yə mühacirət edir, orada Sietl şəhərində yaşayır. Burada keçmiş qvardiya zabiti və müharibə veteranında bədii istedad aşkar olunur. O, rəssamlıq emalatxanası açır və tez bir zamanda məşhurlaşır. İgid yasavulun divar rəsmləri qorunub saxlanan restoran salamat qalıb. Çox sonralar o, İran taxt-tacına və Pəhləvilərin yeni sülaləsi taxt-taca sahib olandan sonra Avropa banklarında saxlanılan Qacar varidatına iddialı idi.

Rzaqulu polkovnik qızı Mariya Konstantinovna Peroqorodskaya ilə evli olub. Rzaqulu Mirzənin xələfləri İnternetdə onun saytını açıblar. Burada Əlahəzrət şəxsi qvardiyasının üzvü Şahzadə Aleksandr Petroviç Rzaqulu Mirzənin Peterburq Vizit kartı ingilis dilinə tərcümədə verilir.

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.