Aleksandr Usik

Aleksandr Aleksandrovich Usik (ukr. Олександр Олександрович Усик; 17 yanvar 1987, Simferopol, Ukrayna SSR, SSRİ) — 1-ci ağır (90,7 kq-a qədər) və ağır (90-dan çox) çəki dərəcələrində çıxış edən məğlubedilməz ukraynalı peşəkar boksçu. Birinci ağır çəkidə mütləq dünya çempionu, dövrümüzün peşəkar boksçuları arasında bütün nüfuzlu versiyalarda çempion kəmərlərinin yeganə sahibi.[1]

Aleksandr Usik
Ümumi məlumatlar
Çəkisi 91 kq
Boyu 191 sm
Doğum tarixi 17 yanvar 1987(1987-01-17) (37 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

World Boxing Super Series 1 turnirin finalında rusiyalı bokusçu Murat Qassiyevi məğlub edərək IBF (2018–2019) və WBA super (2018–2019) versiyaları üzrə mütləq çempion oldu. Bundan əlavə Usik Məhəmməd Əli Kubokunun sahibi olmaqla nüfuzlu The Ring jurnalında dünyanın ən titullu bokusçusu elan edilmişdir.[2]

2012-ci ildə Olimpiya çempionu (91 kq-a qədər), 2011-ci ildə dünya çempionu (91 kq-a qədər), 2008-ci ildə Avropa çempionu (81 kq-a qədər), həvəskarlar arasında dəfələrlə Ukrayna çempionu. Ukraynanın əməkdar idman ustası.

Məşhur idman kanalı ESPN[3][4], nüfuzlu idman jurnalları Sports Illustrated[5] və The Ringin[6], Amerika Jurnalistlər Birliyi (BWAA)[7], BoxingTalk[8], Yahoo Sports[9], WBC-nin[10] versiyalarına görə 2018-ci ilin ən yaxşı peşəkar boksçusu.

Anası — Nadejda Petrovna Çerniqov vilayətindən, atası isə Aleksandr Anatolyeviç Sum vilayətindəndir. Aleksandır Alexandroviç Usik 17 yanvar 1987-ci ildə Simferopolda anadan olmuşdur. 1999-cu ilə qədər anasının vətənində, Çerniqov vilayətinin Ribotin kəndində yaşamışdır.[11][12]

Simferopoldakı 34 nömrəli məktəbi bitirib, hansı ki, gələcək həyat yoldaşı Katerina də bu məktəbdə oxumuşdur. Uşaqlıqda cüdofutbolla məşğul olmuşdur. "Tavria" gənclər komandasında sol yarımmüdafiəçi mövqeyində oynayıb. Usik boks bölməsinə 15 yaşında gəldi. Usık Sergey Lapinin rəhbərliyi altında məşq keçmiş və tezliklə Ukrayna boks çempionu titulunu qazanmışdır. Lvov Dövlət Bədən Tərbiyəsi Universitetini bitirmişdir.[13]

  1. ""Боксёрские боги пируют в Киеве". Украинские СМИ о победе Усика". 2018-07-22. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
  2. "Бокс. Александр Усик победил Мурата Гассиева в финале WBSS". vesti.ru. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
  3. "Александр Усик — победитель в номинации «Боец года» по версии ESPN". vringe.com. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  4. "Усик — лучший боксёр года по версии ESPN" (rus). www.championat.com. 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-22.
  5. "Усик — боксер года по версии Sports Illustrated" (rus). sport24.ru. 2018-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-14.
  6. "Журнал The Ring: Усик — боец года, Ломаченко — тренер года". vringe.com. 2017-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.
  7. "Итоги 2018 года от BWAA: Усик — лучший боец, Ломаченко-старший — лучший тренер". vringe.com. 2019-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
  8. "Итоги года по версии BoxingTalk: в победителях Ломаченко, Усик и Климас". vringe.com. 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.
  9. "Yahoo Sports выбрал Александра Усика «Боксером года»" (rus). Яндекс.Новости. İstifadə tarixi: 2019-01-23.
  10. "Итоги 2018 года от WBC: в лауреатах Усик, Гвоздик, Канело и Фьюри". 23 января 2019. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
  11. "Мама олимпийского чемпиона по боксу Александра Усика: "Спорт и вера в Бога спасли моего сына от смерти"". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
  12. "Отец золотого призера нынешних Олимпийских игр Александр Усик: "Кто хотел победить — победил!"". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
  13. "Александр Усик, Евгений Хитров и Дмитрий Сосновский - Герои спортивного года-2011" (ukrayna). ЛГУФК. 2014-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.