Aleksandri Herkulanu (28 mart 1810[1][2][…], Lissabon[3] – 13 sentyabr 1877[1][2][…], Santaren[d][3]) — Portuqaliya tarixçisi, yazıçı, siyasi xadim. 1844-cü ildən Portuqaliya Elmlər Akademiyasının üzvü olmuşdur.
Aleksandri Herkulanu | |
---|---|
port. Alexandre Herculano de Carvalho e Araújo | |
Doğum tarixi | 28 mart 1810[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 sentyabr 1877[1][2][…] (67 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1831–36-cı illərdə siyasi fəaliyyətlə məşğul olmuş, liberal mövqedən çıxış etmişdir. Ən böyük əsəri olan "Portuqaliya tarixi" (port. Historia de Portugal), 13-cü əsrin ortalarınadək olan dövrü əhatə edir. Herkulanu həmçinin sənədli və antiklerikal ruhlu "Portuqaliyada inkvizisiyanın meydana gəlməsi və bərqərar olması tarixi" (port. Historia da origen e es tabelecimento da İnquisição em Portuqal) əsərinin müəllifidir. Uzun müddət Portuqaliya tarixi sənədlərinin nəşrinə rəhbərlik etmişdir. Siyasi şeirlərin və tarixi romanların müəllifidir. Əsərlərində Portuqaliyanın ictimaisiyasi həyatını, orta əsrlərin məişət və adətlərini təsvir etmişdir.