Aleksandrit

Aleksandritmineral, zümrüdü-yaşıl, tərkibində Cr olan xrizoberil. Qiymətli daş. Özünəməxsus xüsusiyyəti ilə digərlərindən fərqlənir. Belə ki süni işıqda (məsələn lampa işığında) bənövşəyi və ya al-qırmızı, günəş işığında isə yaşıl rəngdə görünür. Kimyəvi formulu Al2BeO4-dür. Sərtliyi 8,5-dir.

Aleksandrit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al₂BeO₄
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Sıxlıq 3,67 ± 0,17 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandriti ilk dəfə Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü Niels Nordenskjold kəşf etmişdir. O 17 aprel 1834-cü ildə yaşıl rəngli qəribə bir daş tapdı. Onu başqa minerallarla qarışığı olan zümrüd zənn etdi. Lakin onun sərtliyini ölçərkən sərtliyinin 7.5 yerinə 8.5 olduğunu gördü. Daşı araşdırmaq üçün onu cibinə qoydu. Axşam daşı cibindən çıxardarkən cibindəki daşın bənövşəyi olduğunu gördü. Daha sonralar bunun yeni mineral növü olduğu ortaya çıxdı və ona II Aleksandrın şərəfinə Aleksandrit adı qoyuldu. Beləliklə qiymətli daşlar arasına daha bir mineral da qatıldı. Yaşıl və qırmızı rəng krallıq, şan-şöhrət rəngi olduğundan ondan zadəganların mücəffərlərində istifadə edilirdi. Aleksandrit çox nadir və az miqdarda tapılan mineraldır. Bu günə qədər tapılan ən böyük aleksandrit daşı 30 karat olmuşdur.

XX əsrdə aleksandrit daşını süni əldə etmək mümkün olmuşdur. Bunun üçün yüksək temperatur, uyğun şərait lazımdır. Buna baxmayaraq aleksandrit daşı çox az tapılır və olduqca bahalıdır. Müasir dövrdə satışda rəng dəyişdirən daşlara rast gəlinsə də onların aleksandrit ilə əlaqəsi yoxdur. Bu daşlar süni boyalarla boyanmışdır və yanlız xarici rəng dəyişdirmə xassəsinə malikdir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.