Alekseev adına qızlar gimnaziyası

Alekseev adına qızlar gimnaziyasıTaqanroq şəhərinin ərazisində, Çexov küçəsi, ev 22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1911–1917-ci illər ərzində qızlar gimnaziyası olaraq fəaliyyət göstərmişdir.

Alekseev adına qızlar gimnaziyası
Xəritə
47°12′20″ şm. e. 38°56′22″ ş. u.HGYO
Əsası qoyulub 1911
Bağlanıb 1917
Şəhər Taqanroq
Ölkə

Məktəbin tarixi

[redaktə | mənbəni redaktə et]

Alekseev adına qızlar gimnaziyasının tarixi öz başlanğıcını 1905-ci ilin sentyabrından götürür. Bu zaman şəhər dumasına Pavel Petroviç Filevski tərəfindən məktub göndərilir. Bu məktubda Taqanroqda yeni qızlar gimnaziyasının yaradılmasına ehtiyac olması vurğulanır[1]. XX əsrin əvvəllərində Mariin gimnaziyası həddindən aryıq dolmuş olur. Burada artıq hər sinifdə 50 şagird oxuyurdu. Şəhər duması bunlsrı nəzərə alaraq Filevskinin təşəbbüsünü dəştəkləyir və Taqanroqda ikinci qızlar gimnaziyasını açmağı qərara alır. Nəhayət 1906-cı ildə ikinci qızlar gimnaziyası açılması plana alınır.

Şəhərdə ikinci qızlar gimnaziyasının açılışı 1911-ci ilin noyabrına təsadüf edir. Bu zaman məktəbə şagird tiplamağı qərara alırlar. Gimnaziya düz üç il müddətində icarəyə götürülmüş binada fəaliyyət göstərmişdir.

1914-cü ilin əvvəllərində şəhər rəhbərliyi gimnaziya üçün bina inşa etmək məqsədilə Çexov küçəsində, keçmiş qakanın yerində ərazi ayırır. 10 iyul 1914-cü ildə binanın təməli atılır. Tikinti zamanı keçiş qalanın təməlini qazmaq lazım gəlmişdir. Qazıntı zamanı işçilər burada insan qəbrlərini aşkar etdilər. Artıq bir ildən sonra keçmiş uçulmuş qalanın yerində iki mərtəbəli bina inşa edilmişdi. Bina kərpiçdən dən inşa edilmişdir. Qaxilinə, geniş pilləkənlər qalxırdı[2]. Layihənin rəhbəri Alesandr Markoviç Qinzburq olmuşdur.

Birinci Dünya müharibəsi zamanı Taqanroqa Pribaltika ölkələrindən bir çox təhsil ocaqları köçürülmüşdür. Bu gimnaziyada Qalisiyadan gəlmiş yetim qızlar yerləşdirmişdi. Onlar üçün Köhnə bazarda yataqxana yaradılmışdır. Qızlar gimnaziyası Aleksey Nikolayeviçin şərəfinə adlandırılmışdır. Alekseev gimnaziyasıuzun ömür sürməmişdir. Burada müharibə dönəmində ordu komandanlığı yerləşdirilmişdi. Sovet dönəmində binada məktəb, uşaq bağçası, kənd təsərrüfatı uçilişi, Kənd təsərrüfatı texnikumu və s. yerləşirdi.

1928–1933-cü illərdə binada tarix muzeyi yerləşirdi. Akt zalında isə I Pyotrın heykəli vardı. Bu iş Mark Matveeviç Antokolsiyə nəxsus olmuşdur.

  1. Цымбал А. А. Женское образование в Таганроге // Вехи Таганрога. — 2010. — № 45. — С. 8–10.
  2. Киричек, Маргарита Сергеевна Алексеевская гимназия // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 181. — ISBN 978-5-88040-064-5.