Aleksey Bukulov[1] (oset. Букуылты Алыкси, 8 iyun 1920 – 23 mart 2010, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və jurnalisti.
Aleksey Bukulov | |
---|---|
Doğum tarixi | 8 iyun 1920 |
Vəfat tarixi | 23 mart 2010 (90 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
8 iyun 1920-ci ildə Cənubi Osetiyanın Valitikau kəndində kəndli ailəsində anadan olmuşdur. 1940-cı ildə Stalinirski Pedaqoji Texnikumunu bitirir, sonradan Çkaraul ibtidai məktəbinin müdiri təyin edilir. Eyni məktəbdə müəllimliklə məşğul olur. 1940-cı ildə Qırmızı Orduda hərbi xidmətə çağırılır. İlk günlərdən Böyük Vətən müharibəsi döyüşlərində iştirak edir[2]. 1942-ci ildə əsir düşür və Rumıniya ərazisindəki hərbçilər üçün düşərgəyə göndərilir. 1944-cü ildə düşərgədən qaçır və Qırmızı Orduya qoşularaq döyüşə davam edir. Bratislavanın azad edilməsi zamanı Çexoslovakiyada döyüşür. 1945-ci ilin aprelində ağır yaralanır və bir il xəstəxanada müalicə edilir. 1946-cı ildə tərxis olunaraq Cənubi Osetiyaya qayıdır.
Müxtəlif mətbuat orqanlarında çalışmışdır. Osetin ədəbi "Fidiuæg" jurnalının redaksiyasında korrektor olur. 1951-ci ildə denonsasiya ilə tutulur və 25 il düşərgə cəzası alır. Beş il düşərgədə qaldıqdan sonra sərbəst buraxılır. 1957-ci ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun (indiki - Cənubi Osetiya Dövlət Universiteti) Tarix və Filologiya fakültəsinə daxil olur və 1960-cı ildə oranı bitirir.
Cənubi Osetiya Pedaqoji İnstitutunu bitirdikdən sonra Cənubi Osetiya Radio Komitəsində çalışır. 1967-ci ildən "Fidiuæg" jurnalının redaksiyasında məsul katib işləyir. Daha sonra İriston kitab nəşriyyatının baş redaktoru, Cənubi Osetiyada radio yayımının baş redaktoru və Fidiuæg jurnalının nəsr şöbəsinin redaktoru vəzifələrini tutur.
1991-ci ildə baş verən silahlı qarşıdurma zamanı o, oğlunu itirir. Oğlunun ölümü sağlamlığına ciddi şəkildə təsir göstərir və 23 mart 2010-cu ildə Tsxinvalidə dünyasını dəyişir.
1939-cu ildə nəşr olunmuş oset. «Æвзартæ» toplusunda ilk hekayəsi olan oset. «Бесойы цин» (Besonun sevinci) işıq üzü görür. 1957-ci ildə ilk hekayələr toplusunu olan oset. «Уыцы бонтæ» (O günlər) nəşr edilir. Ona ən böyük şöhrəti oset. «Хæхты дидинæг» (Dağ çiçəyi) roman-triologiyası və oset. «Зарæг баззад цæргæйæ» (Mahnı sağ qaldı) dilogiya romanının nəşrindən sonra qazanır.