Aleksotas funikulyoru

Aleksotas funikulyoru (lit. Aleksoto funikulierius) — Kaunasın Aleksotas rayonunda, Nemanın sağ sahilində yerləşən Litvanın üç funikulyorundan biri. 6 dekabr 1935-ci ildə rəsmi olaraq açılmışdır[1]. Litva tarixində Jalyakalnis açıldıqdan sonra ikinci funikulyor olmuşdur.

Aleksotas funikulyoru
İstismarı 1935
Sürəti 2,5 m/saniyə
Tətbiqi Sərnişindaşınma
İnfrastrukturu Elektrik şəbəkəsi, rels və kanat yolu

Tarixi[redaktə | mənbəni redaktə et]

Kaunas tarixində funikulyorun marşrutu dəyişməyib: yol Böyük Vitovt körpüsüdən başlayaraq Köhnə şəhəri birləşdirir. Alexotas dağının üstü ilə Köhnə şəhərin mənzərələri açılır. Bu funikulyarda müharibələr arası dövründə ortaya çıxan orijinal vaqonlardan, dayanacaq üçün taxta oturacaqlardan və platformalardan istifadə edilmişdir[2]. Xəttin ortasında o iki yerə ayrılır. Bu vaqonların tərs hərəkətini təmin etmək üçün edilmişdir. Vaqonlarda əyləclər quraşdırılıb, bu da kabel zədələndiyi təqdirdə vaqonların sürüşməsinə imkan vermir. Bundan əlavə dağın zirvəsinə aparan pilləkən də var[3]. Funikulyorun uzunluğu 132.9 ilə 142 m-ə (istinad nöqtəsindən asılı olaraq), gradient 18 ilə 29.5% arasında dəyişir[4]. İdarəetmə sistemi Aleksotas dağının başında yerləşir.

Sovet dövründə Aleksotas və Valyakalnisin funikulyorları Kaunas Trolleybus Parkı tərəfindən idarə olunurdu. Gediş haqqı 1 qəpik idi. Hal-hazırda funikulyor Kauno autobusai törəməsi olan Autrolis tərəfindən idarə olunur. Giriş iş günləri 7-dən 16 saata qədər açıqdır[5].

Tanıma[redaktə | mənbəni redaktə et]

24 oktyabr 1997-ci ildə funikulyorların Litva Respublikasının daşınmaz mədəni irs siyahısına daxil edilməsi barədə qərar qüvvəyə mindi[6][7]. 9 oktyabr 2003-cü ildə Litva hökuməti Litvanın mədəniyyət abidələri siyahısında funikulyorun olduğunu təsdiqlədi[8].

16 oktyabr 2004-cü ildə Litva Aleksotas funikulyorunu əks etdirən iki poçt markasını buraxır: nominal dəyəri 1 lit və 1 lit 30 qəpik olan 600 min nüsxə buraxılır[9].

2015-ci ildə Kaunasın Avropa İrs Markasına layiq görülən 44 obyektindən biri olur[10].

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kaunas: Dates and Facts. First Republic of Lithuania (1918-19 40) Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine  (ing.)
  2. "Museums of Lithuania. The Funicular of Aleksotas" (ingilis). muziejai.lt. 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-03.
  3. Фуникулер Алексотаса  (rus.)
  4. "Kaunas. Aleksotas funicular" (ingilis). marsrutai-kaune.lt. 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-03.
  5. "Saulius Tvirbutas. Keltuvai žiemą nesustoja" (litva). Kauno diena. 2008-01-24. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-18.
  6. The Registry of Immovable Cultural Heritage Sites: Unique object code: 16775. Arxivləşdirilib 2020-03-29 at the Wayback Machine  (lit.)  (ing.)
  7. "Aleksoto funikulieriaus statinių kompleksas" (litva). Kultūros paveldo departamentas prie Kultūros ministerijos. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-18.
  8. "DĖL NEKILNOJAMŲJŲ KULTŪROS VERTYBIŲ PASKELBIMO KULTŪROS PAMINKLAIS" (litva). İstifadə tarixi: 2014-05-12.
  9. "Kauno funikulieriai pavaizduoti pašto ženkluose" (litva). Kauno diena. 2014-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-12.
  10. "Kaunas Was Awarded a European Heritage Label". visit.kaunas.lt. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.