Alevrit — ölçüləri əsasən 0,01-0,1 mm (bəzi müəlliflərə görə, 0,005-0,05 mm) olan mineral dənələrdən (kvars, çöl şpatı, mika və b.) ibarət yumşaq, xırdaqırıntılı çöküntü. Üstünlük təşkil edən dənələrin ölçülərindən asılı olaraq iri alevrit (0,05-0,1 mm), xırda və ya incə alevrit (0,01-0,05 mm) növləri ayrılar. Sinonim: Silt.
Alevrit çöküntüləri tərkibi əsasən 0,01-0,1mm ölçülü hissəciklərdən təşkil olunmuş çöküntülər. Termin qranulometrik tərkibi göstərir.
Alevrit fraksiyası alevrit ölçülü qırıntılı dənələrindən təşkil olunmuş çöküntü süxurun əsas tərkib hissəsi.
Alevrit quruluşu alevrit ölçülü dənələrdən təşkil olunmuş xırda qırıntılı süxurların quruluşu. Üstünlük təşkil edən qırıntıların ölçülərinə görə iri alevrit (0,05¸0,1 mm) və xırda alevrit (0,01¸0,05 mm) quruluşları ayırırlar. Alevrit quruluş xırda qırıntılı çöküntü süxurların (alevrit, alevrolit və lösslər, bəzi piroklastik süxurlar) yumşaq və sementləşmiş növləri üçün səciyyəvidir.
Alevrolit Baturin, 1935 - 50%-dən çox hissəsi alevrit ölçülü (0,01-0,1 mm) (başqa müəlliflərə görə, 0,05-0,005 mm) hissəciklərdən təşkil olunmuş sementləşmiş çöküntü süxur.