Alfa-spektrometr(A.s) -radioaktiv nüvələrin buraxdığı α-zərrəciklərinin energetik paylanmasını ölçmək üçün cihazdır. Nüvə fizikası inkişafının ilkin mərhələlərində və radioaktivliyin tədqiqində geniş tətbiq olunmuşdur. α-spektrlərin incə quruluşunu tədqiq etmək və α-zərrəciklərin enerjisinə görə nüvələri aşkar etmək üçün tətbiq olunur. Müasir A.-s.-in işi α-zərrəciklərin ionlaşdırıcı xassəsinə (ionlaşma A.-s.), ya da onların maqnit sahəsi ilə qarşılıqlı təsirinə (maqnit A.-s.) əsaslanır. Ayırdetmə qabiliyyəti zəif və işıq qüvvəsi (cismi bucaq) çox böyük olan ionlaşma A.-s.-ləri uzun müddət yaşayan (yarımparçalanma dövrü 106 ildən böyük) və yeni yaranan nüvələri tədqiq etməyə imkan verir. Maqnit A.-s.-də enerji α -zərrəciklərin maqnit sahəsində meylinə görə təyin olunur. İonlaşma kameralarında α-zərrəciklərin enerjisi digər α-zərrəciklərin məlum enerjisi ilə müqayisə olunur.
Alfa-spektroskopiya- Ana nüvənin parçalanması ilə yaranan α-zərrəciklərin spektri bala nüvənin müxtəlif səviyyələrinin keçidlərinə uyğun çoxlu monoenergetik xətlərdən ibarətdir. α -zərrəcik spinə malik olmadığından saxlanma qanunlarına uyğun hərəkət miqdarı momentinə görə seçmə qaydaları I=L və cütlük sadə olur. α-zərrəciyin bucaq momenti L aşağıdakı intervalda qiymət ala bilər: α-aktiv nüvələrin buraxdığı α-zərrəciklər axınının enerjisi və intensivliyinin ölçülməsi üçün qazboşalma və yarımkeçirici zərrəcik detektorlarından, həmçinin spektrometrlərdən istifadə olunur.