Alfa əmsalı

Alfa əmsalı(Alpha Risk) - gəlirlilik modellərinin (məsələn CAPM) proqnozlaşdırdığı gəlirlilik səviyyəsindən artıq olan gəlirlilik. Qiymətli kağızın və ya fondun riskə uyğunlaşdırılmış gəlirliliyini ölçür. Məsələn, CAPM təhlili əsasında portfelin gəlirliliyi 10% proqnozlaşdırılmış, lakin gəlirlik 15% təşkil etmişdir. Bu təqdirdə Alfa 5% təşkil edir.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.19