Alfred, Saksen-Koburq-Qot şahzadəsi

Alfred (15 oktyabr 1874 – 6 fevral 1899)—Saksen-Koburq-Qot şahzadəsi.

Saksen-Koburq-Qot şahzadəsi Alfred 15 oktyabr 1874-cü ildə Londonda Bukingem sarayında anadan olmuşdu. Böyük Britaniya Kral ailəsinə məxsusdur. Orduda xidmət etdiyi zaman 1898-ci ildə sifilis xəstəliyinin simptomları üzə çıxır və bu hal onda güclü depressiyaya səbəb olur. Valideynlərinin yeganə varisi olan 24 yaşlı Şahzadə Alfred ruhi pozğunluq səbəbi ilə 1899-cu il fevralın 6-da özünü Kral sarayında güllələyərək intihar edib.

Qeyd edəki, Şahzadə Alfredin sağlığında səfər etdiyi Cənubi Afrika Respublikasının Liman şəhəri olan Port Alfred məhz bu gənc şahzadənin adını daşıyır.