Ali Koç

Ali Koç (2 aprel 1967, Şişli, İstanbul ili) — Yıldırım Ali Koç 2 aprel 1967-ci oldə Şişli, İstanbulda anadan olmuşdur. Ali Koç türk iş adamı və idman direktorudur. Mövcud Klublar Birliyi və Fənərbaxça kulubunun başçısıdır. Koç Holdinq İdarə Heyətinin sədr müavini, Ford Otosan, Yapı Kredi Bankası, Koçtaş, Otokar və Setur. 1907-ci ildə Fənərbaxça Dərnəyinin qurucuları arasında olub və 2004–2017-ci illər arasında onun prezidenti olub. (1907-ci ildə o həyatda yox idi)

Ali Koç
Klublar Birliyi başçısı
Vəzifədədir
21 iyun 2022-ci ildən
ƏvvəlkiAhmet Ağaoğlu
Vəzifədədir
5 iyun 2018-ci ildən
ƏvvəlkiAziz Yıldırım
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1967(1967-04-02) (57 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti iş adamı

Təltifləri

İlin Ən Uğurlu İş Adamı", Qalatasaray Universiteti, 2013, 2015.

"Bekir Okan İdman Xüsusi Mükafatı", Okan Universiteti, 2019.

"İlin ən bəyənilən iş adamı", Yıldız Texniki Universiteti, 2021.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və Karyerası

[redaktə | mənbəni redaktə et]

Rəhmi Koç və Çiğdem Simavinin oğlu Ali Koç 2 aprel 1967-ci ildə İstanbul'da anadan olmuşdur. 1985-ci ildə London Harrow Məktəbini bitirmişdir. Rays Universitetində biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi almışdır. Harvard Universiteti Biznes Məktəbində magistr dərəcəsini bitirmişdir. Tələbəlik illərində müxtəlif səviyyəli ailə təsərrüfatlarında rəhbərlik etmişdir. 1990-cı ildə J. P.[1] Morqanda təcrübə keçmişdir. Elə həmin il American Express Bank-da İcraçı Təlim Proqramı ilə iş həyatına başlamışdır. 1992-ci ildə hərbi xidmətini başa vurmuşdur. 1992–1994-cü illərdə Morgan Stanley-də analitik vəzifəsində çalışmışdır.[2] 1997-ci ildə Koç Holdinq Strateji Planlaşdırma Qrupunda Yeni Biznesin İnkişafı Koordinatoru olaraq işə başlamış və sonrakı illərdə yüksək vəzifələrdə iştirak etmişdir.

2005-ci ildə Nevbahar Demirağ ilə evlənmişdir və bu evlilikdən iki övladı olmuşdur.[3] 2012-ci ildə Rəhmi Koç Ford Otosan İdarə Heyətinin Sədri seçilmişdir. 2013-cü ildə o, 13 tanınmış liderdən ibarət Bank of America Qlobal Məsləhət Komitəsinə qoşulmuşdur. 2016-cı ildə Mustafa Koçun vəfatından sonra Ömer Koç Koç Holdinqin idarə heyətinin sədri, Ali Koç isə İdarə Heyəti sədrinin müavini təyin edilmişdir. 2017-ci ildə Yapı Kredi Bankının İdarə Heyətinin Sədri seçilmişdir. İl ərzində o, 700 milyon dollarlıq sərvətlə Forbes Türkiyənin "100 Ən Zəngin Türk" siyahısında 50-ci yerdə qərarlaşıb.[4]

Koç eyni zamanda Ark İnşaat, Bilkom, Digital Panorama, Koç İnformasiya və Müdafiə Texnologiyaları, Koç Sistem, Koçtaş, Koç Financial Services, Otokar, Otokoç və Setur kimi şirkətlərin İdarə Heyətinin sədri, URAK — Milli Rəqabət Araşdırmaları Dərnəyinin prezidenti, Endeavour Dərnəyinin İdarə Heyətinin üzvü, DEADİK-də İdarə Heyətinin üzvü və [TÜSİ7] İdarə Heyətinin üzvüdür.[5]

İlin Ən Uğurlu İş Adamı, Qalatasaray Universiteti, 2013, 2015.

"Bekir Okan İdman Xüsusi Mükafatı", Okan Universiteti, 2019.

"İlin ən bəyənilən iş adamı", Yıldız Texniki Universiteti, 2021.

  1. İşte Türkiye'nin en zengin 50 ismi
  2. Gözler Ali Koç’ta
  3. Koç ilk kongrede aday olduğunu resmen açıkladı
  4. "Ali Koç, bayrağı devraldı". 2018-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-23.
  5. Geleneği Ali Koç değiştirdi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]