Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ; fa: شورای عالی امنیت ملی Showrāye Āliye Amniyate Mellī) İran İslam Respublikasının milli təhlükəsizlik şurasıdır. Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxanidir. 10 sentyabr 2013-cü ildə prezident Həsən Ruhani tərəfindən katib vəzifəsinə təyin edilmişdir. Şura, milli maraqların və İslam inqilabının, ərazi bütövlüyünün və ölkənin milli suverenliyinin qorunması və dəstəklənməsi üçün yaradılmışdır. Bu qurum 1989-cu ildə konstitusiyanın revizyonu zamanı qurulmuşdur.[1]
Şuranın vəzifələri konstitusiya ilə aşağıdakı kimi müəyyən edilmişdir:
Bu Milli Təhlükəsizlik Şurası, İran İslam Respublikası Konstitusiyasının 176-cı maddəsi ilə ölkə prezidentinə rəhbərlik etmək onun vəzifəsidir.[2] Prezident Ali Şuranın katibini seçir.[3] Şuranın qərarları Ali Rəhbər tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir.[4] Ali Rəhbər Əli Xamenei və Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) xarici siyasətlə bağlı verilmiş qərarların başındadır.
Ali Milli Təhlükəsizlik Şurası ölkənin nüvə siyasətini hazırlayır. Şuranın formalaşdırdığı nüvə siyasətləri, Ali Rəhbər tərəfindən təsdiqləndikdə qüvvəyə minir.[5] Ali Şuranın katibi nüvə danışıqları üçün məsuliyyətin Xarici İşlər Nazirliyinə həvalə olunduğu 5 sentyabr 2013-cü ilədək İranın nüvə danışıqları üzrə əsas nümayəndəsi idi.[6]