Bu məqaləni vikiləşdirmək lazımdır. (sentyabr 2022) |
Bu məqalə qaralama halındadır. (sentyabr 2022) |
Bu məqalədə və ya bölmədə Vikipediya meyarlarına uyğun olmadığı üçün təkmilləşdirilməsinə ehtiyac olan hissələr var. Lütfən bu məqaləni redaktə edərək təkmilləşdirilməsinə kömək edin. |
Bu məqalə stil kitabçasına uyğun deyil. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. (sentyabr 2022) |
Məlumatı yoxla. Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır. Müzakirə səhifəsində aydınlaşdırılmalıdır. |
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. (sentyabr 2022) |
Məmmədov Aliq Nağı oğlu (12 sentyabr 1957, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçıların Rusiya İttifaqının üzvü (2016), Prezident təqaüdçüsü.
Aliq Nağıoğlu | |
---|---|
Aliq Nağı oğlu Məmmədov | |
Doğum adı | Aliq Məmmədov |
Təxəllüsü | Aliq Nağıoğlu |
Doğum tarixi | |
Doğum yeri | Birinci Yeddioymaq, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Aliq Nağıoğlu 12 sentyabr 1957-ci ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuşdur. 1980-ci ildə Krasnodar Politexnik İnstitutunu, 2 illik jurnalist sənətkarlığı kursunu bitirmişdir. Uzun illər Azərbaycanın sənaye müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.
1981-ci ildən çap olunur. Doqquz nəsr, iki tərcümə kitablarının müəllifidir. Bir çox kitabların redaktoru, ön söz müəllifi və tərtibçisidir. Əsərləri Türkiyə, İran və başqa xarici saytlarda, Moskvada, Praqada dərc olunan toplularda, Azərbaycan ədəbi-bədii jurnallarında və qəzet səhifələrində, almanaxlarda, müxtəlif yerli portallarda nəşr olunub. 2012-2013-cü illərdə baş tutan sayca üçüncü MKM-də (Milli Kitab Mükafatı) 241 müəllif sırasında uzun siyahıya - iyirmiliyə düşüb. Dalbadal iki il məşhur çoxmilyonlu "Proza.ru" portalının "2014-cü ilin yazıçısı", "2015-ci ilin yazıçısı" nominasiyası üzrə nominantı olub. Tanınmış Azərbaycan yazıçısı Eyvaz Zeynalovun "Alın yazısı" ("Prednaçertaniye") romanını, "Qış günəşi" ("Zimneye colnçe") povestini və dörd pritçasını rus dilinə çevirib. Müasir rus yazıçılarından Roman Sençin, Dmitri Bakin, German Sadullayev, Aleksandr Xurqin, Yevgeni Mamontov və başqalarının əsərlərini ana dilimizə tərcümə edib. 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat institutunun Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə nəşr olunmuş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyində Aliq Nağıoğlunun hekayəçiliyi də vurğulanıb. Əsərləri rus, türk, ingilis, ukrayna və b. dillərə tərcümə olunub. Haqqında tənqidi məqalələr, resenziyalar yazılıb.
Hal-hazırda Viləş (keçmiş adı Kalinovka) kəndində yaşayıb yaradır.