Alizeya və yuxular şahzadəsi

Alizeya və yuxular şahzadəsi – Gianni Romoli tərəfindən hazırlanmış və ssenarisi yazılmış, Lamberto Bavanın rejissorluğu və müştərək istehsalı ilə istehsal olunan və 2 və 4 yanvar 1996-cı ildə Canale 5-də ilk dəfə yayımlanan iki hissədən ibarət olan İtalyan-Alman fantastik televiziya mini serialıdır.

Alizeya və yuxular şahzadəsi
it. Sorellina e il principe del sogno
Janr fentezi filmi[d]
Baş rollarda
Bəstəkar
İlk baxış tarixi 1996
Müddət 191 dəq.
Ölkə
Dil italyan dili
IMDb ID0116613

Alizeya bacı ləqəbi verilmiş beş kiçik qardaşı və ağır xəstə anası ilə meşədə yaşayan bir qızdır. Fırtınalı gecələrin birində gənc qadın meşədə yolunu azmış yaşlı səyahətçiyə qonaqpərvərliyini nümayiş etdirib onu öz evlərində bir gecəlik qonaq saxlayır. Amma kişi əslində Azaret adlı qüdrətli sehrbazdır. Azaret qəddar və intiqamçıdır, Alizeyanı bir neçə gümüş sikkə qarşılığında almağı qızın anasına təklif edir: onu öz qalasına aparıb həyat yoldaşı etmək niyyətindədir. Alizeyanın anasının bu təklifi rədd etməsi sehrbazın qəzəbinə səbəb olur: o, uşaqları qaçırır və qadın infarktdan ölür. Ailəni yenidən birləşdirməyə qərarlı olan Alizeya Azaretin qəsrinin yerləşdiyi Valle Oskuraya yollanır.

Bu vaxt ölkənin kralı Kurdok uzun sürən müharibədən vətəninə qayıdır və oğlu gənc şahzadə Demianın əlinə heç vaxt qılınc götürmədiyini və günlərini oxumaqla, şeir yazmaqla və elm öyrənməklə, musiqi çalmaqla keçirdiyini öyrənərək qəzəblənir. Qəzəbdən dəliyə dönən kral, Demianı güclü və qaniçən bir döyüşçü etmək üçün ona özü şəxsən təlim keçmək qərarına gəlir. Kraliça Diomira, oğlunun həyatından qorxaraq, atasının ali arzularından onu qaçırmaq üçün onu akrobatlarla birlikdə sarayı tərk etməyə məcbur edir və ona hər zaman anasını xatırlaması üçün barmağındakı üzüyü verir.

Azaretin qəsrini tapan Alizeya qardaşların azadlığa çıxması müqabilində onun üçün qulluqçu kimi işləməyə razılaşır, lakin çıxış yolunun olmadığını başa düşəndə nahar zamanı Azareti yatızdırmaq üçün Azaretin yeməyinə Azaretin özünün hazırlamış olduğu yuxu iksirindən qatmaq qərarına gəlir. Bu zaman o, səslər eşidir və səslərdən öyrənir ki, Azaretin bir neçə arvadı olmuş, Azaret onları uşaq ikən qaçırmış, qaçırılmış qızlar yetkinlik yaşına çatana qədər ev işləri ilə məşğul olmuş, daha sonra isə Azaret həmin qızların gəncliyini oğurlamaq və öz ömrünü uzatmaq üçün onları öz sinəsinə hopduraraq onlar ilə evlənmişdir. Bu səslər Alizeyadan Azaretin xəncəri ilə onu öldürməsini xahiş edir, lakin o bu təkliflə razılaşmır və yalnız sülhün hökm sürdüyü və heç bir pis hərəkətlərin baş verməsinin mümkün olmadığı Yeni Dünyaya çatmaq üçün kiçik qardaşlarını azad etmək və onlarla birlikdə qaçmaq qərarına gəlir. Sehrbazın sadiq süpürgələri onların arxasınca düşür, buna görə də qız getdikləri yerdə görüşmək ümidi ilə qardaşlarından ayrılır.

Qaçış zamanı onu süpürgələrin təqibindən Demian və akrobatlar xilas edir. İki uşaq orada bir-birlərinə aşiq olurlar və suyu mistik gücə malik olan sehrli bulağın yanında bulaq dərisinin gözləri qarşısında əbədi sevgiyə and içirlər. İndi heç kim onları ayıra bilməz. Lakin tale istəyir ki, bunun əvəzinə iki sevgili tezliklə ayrılsın: Alizeya Azaret tərəfindən tutulur və sarayda qulluqçu kimi işləməsi üçün yenidən saraya gətizdirilir, Demian isə atasının əsgərləri tərəfindən saraya gətizdirilir və burada onun üçün təlim meydançasında çətin bir həyat və anası üçün gizli bir cəza başlayır.

Ayrıldıqları günün ilk gecəsində iki sevgili yenidən yuxuda, bulaq pərisinin onları gözlədiyi sehrli bulağın qarşısında görüşürlər və burada bulaq pərisi onlara deyir ki, düz 7 ildən sonra onlar bir-birlərini yuxuda yenidən görə biləcəklər, bir şərt ilə ki, hər ikisi bu yeddi il müddətində bir-birlərini unutmasınlar.

Aradan 7 il keçir. İki qəhrəman artıq böyümüşdürlər və artıq onlar uşaq deyildirlər: Demian geriyə qayıtdığı gün atasının çox dərin quyuya atdığı və əgər üzüyü həmin quyudan çıxarda biləcəyi təqdirdə məşqini bitirəcəyi və anasını azadlığa çıxaracağı vədini verdiyi üzüyü geri almağa, yəni quyudan çıxarmağa müvəffəq olmuşdur. Alizeya kiçik qardaşlarının Azaret tərəfindən saxlandıqları kameradan azad edildiyinin şahidi olur. Gecə vaxtı ikisidə sehrli bulağın qarşısında yuxuda yenidən görüşürlər və bu dəfə bulaq pərisi onlara bildirir ki, bir ildən sonra onlar bir-birlərini son dəfə yuxuda görə biləcəklər. Ona görə ki, həmin ildən sonra Demian ordunun ali baş komandanı olacaq və istədiyi qadınla evlənmək hüququna malik olacaq və Alizeyanın qardaşları Azaretin sehrindən azad olacaqlar və onlar böyüməyə başlayacaqlar. Lakin Azaretin planı Alizeya ilə evlənmək və Alizeyanın gəncliyini özü üçün mənimsəmək olduğu üçün iki sevgilinin bu arzusuna mane olur.

Aradan keçən son bir illik müddət ərzində Demian ordunun ali baş komandanına çevrilir, Azaret isə kiçik qardaşların azad edilməsindən sonra Alizeyanı onunla evlənməyə məcbur edir. Qızın yuxularından xəbərdar olan sehrbaz ona yuxu görməsinə mane olan iksir verir, məhz buna görə də görüşdə Demian özünü tək görür və Alizeyanın daha onu sevmədiyinə inanır. Bulaq pərisinin sözlərindən ruhlanan Demian baş komandanı olduğu ordunun rəhbərliyini başqasına verərək ordudan ayrılaraq Azaretin qalasına yollanır.

Azaretlə evlənməməkdə qərarlı olan Alizeya onu öldürmədən bıçaqlayır və sonra həqiqəti Demiana bildirmək üçün Demianın qalasına doğru yollanır. Demianın sarayında Demianın qaçması xəbərini və qaçışın səbəbini eşidən Kral Kurdok infarkt keçirir və ölməzdən əvvəl Alizeyaya Demianın müharibədə öldüyü yalanını söyləyərək ondan qisas alır.

Demian Azaretin qalasına çatanda zəifləmiş sehrbaz Demianın bədəninə sahib olur və adını Verteret olaraq dəyişdirir və ordunun başına qayıdaraq yeni əraziləri, həmçinin də Yeni dünyanı fəth etmək qərarına gəlir. Bu arada Alizeya və qardaşları da bura gəlirlər və onlar burada görüşürlər. Verteret burada Alizeyanı tapır və Alizeyanı sevgilisinin ölümündə ittiham edərək onu ölümə məhkum edir.

Edamdan bir gün əvvəl Azaret Demianın öz sevgilisinin ölümünə şahidlik etməsi üçün Demianın vücudunu tərk edir. Demian və Alizeya yuxuda bir-birlərini yenidən görürlər, onlar üçün həqiqətlər açılır və beləliklə də sevgililər bir-birlərini tanıyırlar. Sübh çağı Demian nəhayət xəncəri ilə Azareti öldürməyi bacarır və bununla da Alizeyanı reallıqda sevməyə nail olur.

  • Veronika Loqan: Alizeya
  • Nikol Qrimaudo: Alizeyanın uşaqlığı
  • Jurgen Prochnow: Kral Kurdok
  • Raz Deqan: Demian
  • Oliver Kristian Rudolf : Demianın uşaqlığı
  • Anja Kruse: Kraliça Diomira
  • Brigitte Karner: Alizeyanın anası
  • Valeria Marini: Yuxular şahzadəsi
  • Kristofer Li: Azaret
  • Karel Rodin: Leytenant
  • Homi Setna: Araşeks
  • Kamini Mathur: kahin
  • Bhupender Singh: Lustos
  • Michaela Kuklova: saqqallı qadın
  • Jan Skvor: 1-ci kiçik qardaş
  • Radek Skvor: 2-ci kiçik qardaş
  • Miran Audic: 3-cü kiçik qardaş
  • Andrej Fiala: 4-cü kiçik qardaş
  • Dusan Kollar: 5-ci kiçik qardaş
  • Eva Hradilova: kök qadın
  1. 1 2 3 Česko-Slovenská filmová databáze (çeş.). 2001.