Allüvial çöküntülər

Allüvial çöküntülər — Daimi və müvəqqəti çayların axını tərəfindən gətirilib çay dərələrində, yer səthinin çökək sahələrində çökdürülən aşınma materiallarına deyilir. Allüvial çöküntülər çınqıl, gil, qum və s.- dən ibarətdir. Çökdürmə şəraitinə görə alüvial çöküntülərin aşağıdakı növləri var:

  1. yataq
  2. subasar
  3. axmazlar

Termin 1823-cü ildə ingilis alimi U. Baklend tərəfindən təklif edilmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. G.Həsənov,  S.B. Məmmədov, Y.Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti «Təhsil» Bakı-2005.