Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yolçuyev Allahyar Bəxtiyar oğlu — Kimya elmləri doktoru, professor
Allahyar Bəxtiyar oğlu Yolçuyev 1938-ci ilin iyulun 27-də Qərbi Azərbaycanm Kirovakan şəhəri, Qukark rayonunun (Qaraisə) Arçut kəndində müəllim ailəsində anadan olmuşdur. 1952-ci ildə Arçut yeddi illik məktəbini, 1955-ci ildə isə Spirak (Hamamlı) rayonunun Saral orta məktəbini bitirmişdir. 1957–62-ci illərdə indiki N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil aldıqdan sonra, öz doğma kəndində müəllim və dərs hissə müdiri vəzifəsində işləmışdir. 1962–64-cü illərdə keçmiş SSRI Sovet ordu sıralarında qulluq etmişdir. 1965-ci il-dən indiki Azərbaycan dövlət Neft Akademiyasının (ADNA) "Analitik kimya" kafedrasında assisent (1965–67), baş müəllim (1977–81), dosent (1981–92) vəzifəsində çalışmışdır. 1992-ci ildən "Analitik və fızikı kimya" kafedrasının professoru olmuşdur.
1975-ci ildə elmi rəhbərsiz "İtterbiumun bəzi müşayiət edən və digər metalların iştirakı ilə miqdarca təyini" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Yolçiyev Allahyar Bəxtiyar oglu elmi rəhbərsiz oldugu üçün, 22 aprel 1976-cı ildə, Moskva şəhəri, SSRİ AAK-nin ekspert elmi şurasında yenidən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
1991-ci ildə isə "Bis-dördlü ammonium duzlarının, morfolinlərin və funksional-əvəzli kraun-efirlərin makromolekulyar ion-assosiatlarının sintezi və analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildə "Analitik kimya" ixtisası üzrə professor adına layiq görulmüşdur.
Professor A. B. Yolçivev üzvi reaktivlərin, xüsusilə, funksional əvəzli kraun efirlərinin köməyi ilə yeni universal dəqiq və həssas ekstraksion fotometrik və ekstraksion-atom absorbsion analiz üsulu ilə qələvi, qələvi-torpaq və bəzi keçid elementlərin miqdarca təyinolunma üsullarını işləyib hazırlamışdır. Onun sintez etdiyi makromolekulyar ion-assosiatlar kimyəvi sensorlar əsasında "Analitik qazanalizator" yaradılmışdır. Onun rəhbərliyi ilə sintez edilmiş metal-salenatlar, bis-oksimatlar benzinin oktan ədədinin artırılmasına və sənaye tullantı qazlarının zərərsizləşməsinə tətbiq edilmişdir. Onun tərəfindən yaradılmış bir sıra proseslər Gəncə aluminium, Neftçala yod-brom, Bakı radio zavodlarında tətbiq edilmişdir. O, 1980–82-ci illərdən başlayaraq bəzi ekoloji problemləri həll etmək məqsədilə N. Nərimanov adına Bakı parça-corab fabrikində və Bakı radio zavodunda iki sənaye qurğusunun işə düşməsinin təşkilatçısıdır. Həmçinin onun işləyib hazırladığı digər proses Respublika Yüngül Sənaye Nazirliyi tərəfindən bəyənilmiş və 1985-ci ildə "Reagent üsulu ilə üzvi-azoboya tullantılarından sənaye sularının təmizlənməsi" yarımsənaye qurğusunun bütün boya müəssisələrində həyata keyirilməsi haqqında qərar qəbul edilmişdir.
Professor A. B. Yolçiyevin ekologiyaya dair apardığı tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Onun tərəfindən "Bəzi ekoloji məsələlərin həllində naften turşularının və onların duzlarının tətbiqi" və "Külək və günəş enerjisindən elektrik enerjisinin alınması və onun məişət və sənaye sahələrində ekoloji problemlərin həllində tətbiqinə dair qlobal aktual məsələlərin prespektiv planı" tərtib edilmiş və Azərbaycan Elmlər Akademiyası (EA) ilə koordinasiya olunması təklifi irəli sürülmüşdür. Onun yuxarıda qeyd edilən istiqamətlərdə apardığı elmi-tədqiqat işlərinin nəticələri və həmçinin pedaqoji fəalivyəti 7 dərs vəsaiti, onlardan: "Analitik kimyanın nəzəri əsasları", I, II hissə (1982, 1984), "Redoks-titrimetrik analiz praktikumu" (2001, 2008) və s. dərslikləri göstərmək olar. 380-dən çox elmi məqalədə, o cümlədən 5 müəlliflik şəhadətnaməsində öz əksini tapmiş və 8 elmlər namizədinin yetişməsinə rəhbərlik etmişdir. Həmçinin 2 dissertantın elmi rəhbəridir olmuşdur.
Professor A. B. Yolçiyev dəfələrlə Beynəlxalq simpozium və konfranslarda, o cümlədən XII, XIV D. I. Mendeleyev qurultaylarının, ekologiya üzrə keçirilən IV Bakı konfransının, neft-kimya üzrə Beynəlxalq Bakı konfranslarının iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir. O, kimyanın kənd təsərrüfatına tətbiqi və rolu haqqında 1981–86-cı illərdə Bakı, Naxçıvan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Neftçala və s. şəhərlərində ilk dəfə olaraq "Səyyah kimyaçı" elmi konfranslarının keçirilməsini təşkil etmişdir.
Professor A. B. Yolçiyev həm analitik kimya — 02.00.02 ixtisası, həm də qeyri- ixtisaslar üzrə alimlərlə yaxından həmkarlıq-dostluq etmişdir. Məsələn, akademiklərdən: İ. P. Alimarin (Moskva), A. P. Kreşkov (Moskva), H. B. Şahtaxtinski (Bakı). Y. A. Zolotov (Moskva), S. B. Savin (Moskva), professor A. O. Verdizadə, yüksək elmi səviyvəli neftçi-alim A. X. Mirzəcanzadə (Bakı), XX əsrin sonu XXI əsrin başlangıcı illərində dünya qeyri-səlis məntiqinin banisi Amerika alimi Lütfizadə ilə qoşa addımlayan MEA-nm müxbir üzvi R. B. Bliyev (Bakı), Amerika alimi Pedersen, kraun efirlərin sintezi məktəbinin SSRİ-də ilk davamçısı professor Ə. L. Şabanovu və s. göstərmək olar.
Professor, k.e.d. A. B. Yolçiyev Avropa İttifaqı 2007–2013-cü illər üçün, 7-ci Çərçivə proqramına müxtəlif ixtisaslar üzrə qlobal beynəlxalq əhəmiyyətli elmi-tədqiqat mövzuları təqdim etmişdir. Məsələn: tibbi-bioloji-profilaktik müalicə istiqamətlərində, kənd təsərrüfatının bütün sahələrini əhatə edən (bitkiçilik, heyvandarlıq. quşçuluq, baytarlıq və s.) və ətraf mühitin ekoloji mühafizəsi (çox dərinliklərdən neft-qaz çıxarmada yeraltı lay sulalarında radioaktiv elementlərin, naftenatlar-salenatlar-şəklində çökdürərək texnoloji ayrılması, yanacaq mühərriklərin və başqa mənbələrin havaya buraxdığı toksik qazların, tullantılardan zərərsizləşdirmə, boyaçılıqda axar suların müxtəlif boya maddələrindən, hidrofob bisdördlü ammonium duzları ilə, agır metal-naftenatlar vasitəsilə təmizlənməsi və s.) istiqamətləri əhatə edərək, 1970-ci ildən elmi fəaliyyət göstərir. Hal-hazırda öz elmi fəaliyyətini intensivləşdirərək xarici və daxili elmi jurnallarda, elmi konfrans materiallarında məqalələri dərc edilmişdir.
Çox aşagı temperaturalarda (-50 °C >) parafinlə zəngin olan Bakı xam neft-qaz nəqlində baş verən qasırğaların qarşısını almaq məqsədilə həm dəmir boruların daxilində axan neftdə, həm də borunun xarici səthində güclü maqnitli sahə yaratmaqla aradan qaldırır. Hərbi mühafizə sığınacaqlarda həyəcan sıqnalı ilə toplanan əhalinin yüksək dozalı radiasiyadan və toksitik-zəhərli maddələrdən (zarin, iprit, azotlu-iprit, fosgen, difosgen) qorumaq məqsədilə hava təmizləyici süzgəclərdə silisiumun bisdördlü ammonium birləşmələrindən, agır metalların naftenatlarından və salenatlarından istifadə edilməsinin praktiki öyrənilməsinin tədqiqi, gəmilərin, sualtıqayıqların, metro quraşdırmalarında, neft-qaz borularının, beton tökmədə, inşaatda, yeralti elektrik telefon xəttlərinin, kənd təsərrüfatı maşınların və s. müxtəlif sahələrdə işlədilən metal hissələrinin antikorroziya sürtkü materialı kimi naften turşuların, onun törəmələrinin və müxtəlif metal naftenatlarının nisbi kombinə qarışığının tətbiqi istiqamətində geniş elmi tədqiqat işləri aparmışdır.
Professor, k.e.d. A. B. Yolçiyev Azərbaycanda, həm də beynəlxalq miqyasda "Tətbiqi Biotibbi-Maqnitli-Ekoloji Saglamlıq" mərkəzlərinin yaradılmasının təşəbbüsünü irəli sürmüş və onların perspktiv elmi-tədqiqat planının proqramını tərtib etmisdir. Hər iki göstərilən Tibbi-Ekoloji-Saglamlıq mərkəzinin Bakı şəhərinin olmasını, Azərbaycanın 9 iqlim şəraitinə görə geocografi elmi nöqteyi nəzərdən əsaslandıraraq elmi jurnal və konfranslarda, qəzet materiallarında əsaslı məqalələrlə çıxış etmişdir. Professor A . B. Yolçiyev geniş diapazonla elmi tədqiqatların aparılmasını çox yüksək qiymətləndirir. Məsələn, o, günəş, külək enerjisi vasitəsilə Xəzər dənizinin, cox codlu göl və lay sularını tibbi-eklolji təmiz içməli suya çevrilməsinin yollarını, hətta havanın temperaturuna görə çox fərqlənən saf "Dag havasını" (Sahdag və s.) boyük diametrli saxsı boruların körməyi ilə iri sənaye — Bakı şəhərinin əhalisinə, məktəblərə, zavod- fabriklərə, idarələrə və s. obyektlərə verilməsinin texniki sxemini plana uygun tərtib edərək elmi məqalələrlə çıxış etmişdir.
O müasir aktual elmi problem "Ozonlaşmış maqnitli havanın terapiyaya tətbiqini" tədqiq etmişdir. Professor A. B. Yolçiyevin elmi-pedaqoji fəaliyyəti haqqında çox saylı qəzetlər, o cümlədən "Elm, təhsil və həyat", "Ekspress", "Etimad", "Azərbaycan", "Üç nöqtə", "İki sahil", "Saglam olun", "İdeal", "Xalq cəhbəsi" və s. materiallar dərc edilmişdir. O, "Türkel" qəzetinin redkollegiyasının üzvü olmuşdur. O, 1984-cü ildə Almaniyanın Frayberq Dag-Mədən Akademiyasında iki aylıq elmi məzuniyyətdə olmuş, professor Y. Beqerlə elmi-tədqiqat işləri aparmiş və Drezdendə analitik kimyaçı alim Müller ilə görüşmüşdür.
Allahyar müəllim ictimai işlərdə də fəal iştirak edir. O, ADNSU nəzdində fəaliyyət göstərən "Üzvi və analitik kimya" üzrə İxtisaslaşmiş Elmi Şurarın və Təhsil Nazirliyinin (TN) ekologiyaya dair elmi-metodiki şurasının üzvü olmuşdur. Hazırda BDU-də göstərilən ixtisas üzrə elmi seminarda fəaliyyət göstərmişdir. Onun elmi-pedaqoji fəaliyyəti Respublika TN, rektorluq, keçmiş SSRİ Təhsil, Neft-Kimya Sənayesi Nazirlikləri tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif edilmişdir. O, Mendeleyev adına Kimya Cəmiyyətinin diplomuna layiq gorülmüşdür.
Professor A. B. Yolçiyev rus, türk dillərini sərbəst, alman dilini lügətdən istifadə etməklə bilir. O, 2001-ci ildən müddətsiz II qrup əlildir. O, 2016-cı ildən təqaüdə çıxmışdır.
16 may 2018-ci ildə dünyasını dəyişmişdir.