Alman əsirləri qəbiristanlığı (bəzən Alman əsgər məzarlığı kimi qeyd olunur) — Bakı şəhərinin Yasamal rayonunda yerləşən Azərbaycanda saxlanılan və burada dünyasını dəyişən alman əsirlərinin qəbiristanlığı.[1] Qəbirstanlıqda 90 məzar var. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir.
Qəbiristanlıq | |
Alman əsirləri qəbiristanlığı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Əsası qoyulub | 1946 |
Dəfn sayı | 90 |
Sahəsi | 0,00054 km² |
Dini tərkib | Xristianlıq |
40°22′30″ şm. e. 49°48′07″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycana gətirilmiş alman hərbi əsirlərinin taleyini araşdıran tarix üzrə fəlsəfə doktoru Tahir Behbudova görə, İkinci Dünya Müharibəsi bitdikdən sonra Bakıya 42 min alman hərbi əsiri gətirilib və onların əməyindən Azərbaycanın müxtəlif şəhərlərində istifadə olunub. Onları əsasən mülki tikintidə, böyük sənaye obyektlərində və xüsusi, qapalı obyektlərdə işlədiblər.