Almaz Məmmədova

Almaz Əli qızı Məmmədova — Azərbaycan filoloqu, filologiya üzrə elmlər doktoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru[2][3].

Almaz Məmmədova
Doğum tarixi (76 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi ədəbiyyat
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı[1]

1948-ci ilin oktyabr ayının 3-də Bakı şəhərində anadan olub. 1955-1965-ci illərdə Bakı şəhərində 172 saylı tam orta məktəbdə təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1979-cu ildə BDU-nun əyani aspiranturasına qəbul olub. 1981-ci ildə ”Mədinə Gülgünün həyat və yaradıcılığı“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə dosent elmi adını alıb. 1997-ci ildə “Cənubi Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri (1946-1990-cı illər)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 1999-cu ildə professor elmi adını alıb.

Almaz Məmmədova 1971-1978-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında laborant, 1978-1981-ci illərdə baş laborant, 1981-1985-ci illərdə müəllim, 1985-1990-cı illərdə baş müəllim, 1990-1999-cu illərdə dosent, 1999-2017-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor vəzifələrində çalışmışdır. O, 2017-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci il parlament seçkilərində Almaz Məmmədova Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 23-cü sırada olmuşdur.[4] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[5] Beləliklə, Almaz Məmmədova deputat seçilə bilməmişdir.

  • 1992, Cənubi Azərbaycan şeirinin inkişaf mərhələləri (1946-1990-cı ilər), (dərs vəsaiti), Bakı, «Bakı Universiteti» nəşriyyatı, 214 s.
  • 1998, Güney Azərbaycan ədəbiyyatı: mərhələlər, təmayüllər, etüdlər. (Dərslik), Bakı, «Bakı Universiteti» nəşriyyatı, 327 s.
  • 1998, Ayrılarmı könül candan… (Dərs vəsaiti), Bakı, «Bakı Universiteti» nəşriyyatı, 204 s.  2001, Azadlıq və istiqlal poeziyası (dərs vəsaiti). Bakı, «Bakı Universiteti» nəşriyyatı, 164 s.
  • 2003, Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı, Bakı, «Bakı Universiteti» nəşriyyatı, 423 s.
  • 2004, Böyük ömrün anları (monoqrafiya), Bakı, Azərnəşr, 75 s.
  • 2007, Cənubi Azərbaycan ədəbiyyatı məsələləri, (monoqrafiya), Bakı, «Bakı Universiteti» nəşriyyatı, 265 s.
  • 2007, Müasir Azərbaycan ədəbiyyatı (Dərslik), Güney Azərbaycan bölməsi (kollektiv). Bakı, «Bakı Universiteti» nəşriyyatı, s. 24-34; s. 199-281
  • 2009, Ədəbiyyatımızın aktual problemləri (Monoqrafiya). Bakı: Nurlan, 314 s.  2010, Ədəbi qeydlər (Monoqrafiya). Bakı, Elm və təhsil, 277 s.
  • 2011, Güney Azərbaycan zamanın məngənəsində (monoqrafiya) Bakı, Elm və təhsil, 116 s.
  • 2013, Ankara 1955 (M.Ə.Rəsulzadə). Bakı: Elm və təhsil, 162 s.
  • 2014, Əfsanədən həqiqətə (Monoqrafiya). Bakı, Elm və təhsil, 63 s.
  • 2015, İstiqlal idealı və istiqlal poeziyası (1970-1990). (tərtibçi və redaktor). Bakı, Elm və təhsil, 271 s.
  • 2017, Türklüyün döyünən ürəyi – Güney Azərbaycan. Bakı, Elm və Təhsil, 270 s.
  • 2017, O yol bizim yolumuzdur. “Savalanda görüşənədək”. Bakı: Nurlar
  • 2018, “Siyavush of Our Century By Mammad Amin Rasulzadeh”. Published by Rossendle Books 57 Bedford Square London WC1B 3DP England. 120 p.
  1. ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-29.
  2. "ALMAZ ƏLİ qızı MƏMMƏDOVA" (PDF). 2020-02-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-29.
  3. "BDU Filologiya fakültəsi". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  4. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  5. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.