Alnus subcordata

Ürəkyarpaq qızılağac (Alnus subcordata C.A. Mey.) [1] - tozağackimilər fəsiləsinə aid bitki növüdür.

Ürəkyarpaq qızılağac
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ürəkyarpaq qızılağac
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu A2cd+3cd. Azərbaycanın nadir, relikt növüdür. [2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

28-30 (35) m hündürlüyündə, 160 sm diametrində ağacdır. Tumurcuqları tüklü və yumurtavaridir, ucları kütdür. Yarpaqları kifayət qədər iri olub, 7-17 sm uzunluğunda və 4,5-7 sm eninədir, yumurtavari, dəyirmi-yumurtavari, oval və ya uzunsov-ovaldır, üst tərəfi çılpaq, tünd-yaşıl rəngdədir, alt tərəf damarları boyunca tüklüdür. Erkəkcik sırğaları ucdakı salxımlarda olub 3-5-i bir yerdədir. Meyverən sırğaları qoltuqlardan çıxır, tək-təkdir və ya 2-3-ü bir yerdədir. Qoza meyvələri oval-ellipsivaridir, 2,5 sm uzunluğunda və 1,3 sm enindədir. Fındıqcıqları enli-yumurtavaridir, çox ensiz qanadları vardır. [3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mart –aprel aylarında, yuxarı dağ qurşaqlarında bəzən mayda çiçəkəyir. Toxumları elə həmin il avqust –sentyabr aylarında (bəzən oktyabr ayınd) yetişir. Toxumları vasitəsilə vegetativ yolla çoxalır. Tozlanması anemofildir. Toxumları quşlar və gəmirici heyvanlar tərəfindən yayılır. Mezofitdir, havanın rütubətliyinə tələbkardır İstisevən, işıqsevən və rütubətsevəndir. Dərin, çürüntülü və çimləşmiş torpaqlarda, daimi axar sularla nəm olan yerlərdə yaxşı bitir, durğun sulara pis davam gətirir. Şaxtaya və küləyə davamlıdır. Torpağa qarşı çox tələbkardır, çürüntüsü çox olan təzə, qalın əhəngli torpalarda daha çox yayılmışdır. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər, dəniz səviyyəsindən 1000m-ə qədər yüksəkliklərdə bitir az-az hallarda ovalıqda rast gəlinir. Çayların və çaylaqların sahillərində, habelə rütubətli dağ dərələrindəki meşələrdə bitir. Xalis qızılağac və yalanqoz –qızılağac meşələrində I yarısı əmələ gətirir. Bəzən dağ yamaclarında palıd, vələs və fıstıq meşələrinin tərkibinə daxil olur. Dərələrin qarışıq meşələrinin tərkibində iştirak edir. Tez böyüyür. Dekorativ bitkidir. Oduncağından inşaat işlərində istifadə olunur. Oduncağı özəksizdir, qırmızımtıl –qonurdur, suya davamlıdır, yüngüldür. Qabığının tərkibində aşı və boyaq maddələri vardır. Çayların və axar sulu göllərin kənarlarında meşə salmaq üçün yararlı ağac növüdür. [4] [5]

Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu –Qafton, Xanbulan, Təngivan, Bürcəli, Bəlləbur və rvo kəndləri; Lerik rayonu- Biləsər, Siov kəndləri və yardımlı rayonu- Şövut kəndi). Ürəkyarpaq qızılağac meşələrinin sahəsi və ümumi ehtiyatı çox deyildir. [3] [4] [5] [6]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkında qorunmasına baxmayaraq populyasiyanın azalma tendensiyası müşahidə olunur. [6]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (qiymətli oduncağına görə qırılması), təbii bərpanın zəif getməsidir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parklarında mühafizə olunur.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. http://redbook.az/?options=project&id=%C3%9Cr%C9%99kyarpaq%20q%C4%B1z%C4%B1la%C4%9Fac[ölü keçid]
  3. 1 2 Azərbaycanın ağac və kolları, 1964
  4. 1 2 3 Флора Азербайджана, 1952
  5. 1 2 Azərbaycan SSR-in Qırmızı kitabı; 1989
  6. 1 2 Fərzəliyev V.S., Kərimov V.N., Səfərov H.M., 2013