Alosa saposhnikowii

İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir.

İrigöz şişqarın
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
İrigöz şişqarın
Beynəlxalq elmi adı
  • Alosa saposchnikowii[1]

Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur. O, çaylara girmir. Kürü tökən fərdlərin uzunluğu 23–24 sm, kütləsi 190–240 q olur. İrigöz şişqarın Cənubi Xəzərdə qışlayır, çoxalmaq üçün şimala miqrasiya edir. Kürü tökdükdən sonra onlar tədricən Orta Xəzərə qayıdırlar. İrigöz şişqarın başqa siyənəklərə nisbətən soyuqsevən növdür. Payızda, temperatur hələ yüksək olan vaxt irigöz şişqarın dərin qatlara enir. Oktyabrda suların tədricən 16–19°C-yə qədər soyuması ilə əlaqədar irigöz şişqarın əsasən üst qatda toplanır. Yırtıcı həyat tərzi keçirir, balıqlarla, eləcə də xərçəngkimilərlə qidalanır.

İrigöz şişqarının erkəyi cinsi yetişkənliyə 2 yaşında, dişisi 3–4 yaşında çatır. Bu balıqlar Şimali Xəzərin şərq rayonlarındakı dayazlıqlarda kürü tökür. Hər bir dişi balıq 47,1–131,7 min ədədə qədər kürü tökür. Bəzi fərdlər Şimali Xəzərin qərbində Suiti adaları rayonunda çoxalır. Kürütökmə mayın əvvəlində suyun temperaturu 14–16 °C olduqda başlayır və ayın sonunadək davam edir. Kürülər dibdə inkubasiya dövrünü keçirirlər. İrigöz şişqarının körpələri suyun bütün qatlarında yaşaya bilir, ancaq dib laylara üstünlük verirlər.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Mühüm vətəgə obyektidir. Dəniz siyənəklərinin ovu, eyni zamanda nərəkimilərin körpələrinin ovlanması ilə əlaqədar məhduddur. Həzırda irigöz şişqarın atma torlar vasitəsilə Şimali Xəzərin qərb sahillərində ovlanır. Son illərdə onun ovu ildə 50 ton təşkil edir. Su soyuduqca balıqlar daha dərin qatlara enir ki, bu vaxt onları drifter torları vasitəsilə alt qatlardan ovlayırlar.[2]

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 73.
  2. Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.68.
  3. Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981, с.
  1. Integrated Taxonomic Information System (ing.). 2002.
  2. Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z. "Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh49.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]