Alp Tipli Buzlaq

Alp Tipli Buzlaq — sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.[1]

  1. GEOMORFOLOJİ TERMENLƏRİN İZAHLI LÜĞƏTİ Bakı "Elm" 2012 səh.13