Alp relyefi

Alp relyefi — kəskin parçalanmış, geniş yayılmış buzlaq formaları ilə (karlar, sirklər, təknələr, karlinqlər və b.) səciyyələnən dağlıq relyef. Alp relyefi yamacları sıldırım qayalı, zirvələri və suayrıcıları iti və diş-diş olur. Alp relyefi dağların yüksəkliyindən daha çox qar xəttinin mütləq yüksəkliyindən asılıdır. Bu xətdən yuxarı, aktiv ekzarasion və nivatsion buzlaq proseslərinin fəaliyyəti kəskin olur. Qütblərə doğru qar xətti get-gedə dəniz səviyyəsinədək endiyindən yüksək en dairələrində Alp relyefi bu səviyyədən başlanır.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.