Alp va subalp çəmənliyi

Alp va subalp çəmənliyi (kelt. alp — yüksak dağ) — yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar "istirahət" edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır.

Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır : zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha), Şəmkir rayonunda (60 min ha) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir. Məlum olduğu kimi respublikamızın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altında idi. Çox güman ki, bu ərazilərdə otlaqlara anrtopogen yüklər nisbətən azalmış və landşaftlarda təbii tarazlığın bərpa prosesi sürətlənmişdir. Bu cığırların bitki örtüyünün bərpa olmasına, kiçik yarğanlarda eroziya prosesinin zəifləməsinə, bioloji məhsuldarlığın artmasına səbəb olur.

Alp çəmənlikləri — yüksək dağlıq ərazilərin dağ çəmənliyi qurşağıdır. Alp çəmənliklərinin yuxarı sərhəddi daimi qarlara və buzlaqlara çatır. Ondan aşağıda isə subalp çəmənliyi qurşağı yerləşir. Alp çəmənlikləri qurşağının hündürlüyü dağların yerləşdiyi ərazinin coğrafi enliyindən, iqlimindən və yamacların istiqamətlənməsindən asılıdır. Məsələn, Keniya dağ massivində alp çəmənlikləri 400–4800 m, Qərbi Qafqazda 2200–3000 m hündürlükdə yerləşir. Alp çəmənliklərinin fitosenozu növ etibarilə zəngin olub, çoxillik ot bitkilərindən ibarətdir. Alp çəmənlikləri əksər hallarda yay otlaqları kimi istifadə edilir[1].

  1. "Subalp və alp çəmənlikləri" (az.). https://wikipedia.anarim.az/. 19 sentyabr2017. İstifadə tarixi: 4 mart 2021.