Alqataq - Yuxari Qarabagın Xaçın nahiyəsində kənd adı.[1]
Alqataq | |
---|---|
Ölkə |
Əsli El-Katak, yəni Katak eli tayfası, Ermənistanda üç Alagöz (El-Oğuz adından təhrif), Əliqaya (El-i Kaya adından təhrif, oğuzlarda Kayı tayfasının adını əks etdirir), Əliqəmərli (El-i Yelliqaya (İsmayıllı r-nu), Qəmərli adından təhrif, qədim türkmənşəli Qəmər, Kəmər tayfasının adını əks etdirir), Əliqızıl (El-i Kızıl adından təhrif, kəngərlərin Kızıl tayfasının adını əks etdirir), Əliqırıq (El-i Kırık adından Əfşar tayfasının Kırık qolunun adını əks etdirir), Gürcüstanda Alabar adından təhrif (qədim türkmənşəli Abar tayfasının adını əks etdirir), Hallavar (El-i Abar adından təhrif) və s. etnotoponimlərlə quruluşca eynidir.
Ermənistanda[2] və Yuxari Qarabagərazisində erkən orta əsrlərdə Katak mahal adları oralarda yaşamış qədim türkmənşəli Katak (Kataq) tayfasının adı ilə bağlıdır. Gəncə-Qarabağ bölgəsində yaşayan ellərdən birinin adı. Kataq kimi göstərilmişdir.[3] Bəzi coğrafi adlarda Kətük, Kötüklü və Gödəkli (Gürcüstanda Salqa r-nunda Gödəklər, Azərbaycanda Bəyləqan və Qubadlı r-nlarında Gödəkli, Xaçmaz r-nunda Gödəklər (sonralar Aleksandrovka), Mil düzündə Xələc elinin Gödəklər qolu və s.). Qaraqalpaqların bir tayfası indi Kataq adlanır.[4]. Bax: Kətük və Kötuklü.Katal tayfası barədə[5]