Alqonkinlər (xalqlar qrupu)


AlqonkinlərŞimali Amerikada dilcə qohum hindi tayfalar qrupu. Atlantik okeanı sahillərindən Qayalı dağlara qədər uzanan geniş ərazidə yaşayırdılar. Alqonkinlərin xeyli hissəsi Avropa müstəmləkəçiləri tərəfindən qırılmışdır. Sağ qalanları rezervasiyalarda yaşayırlar. Dilləri alqonkin dilləri ailəsinə mənsubdur. Əkinçilik və ovçuluqla məşğul olur, meşə təsərrüfatı və mədənlərdə işləyirlər. Alqonkinlərin dini totemizm və ona yaxın olan etiqaddır.[1]

1. Şərq alqonkinləri
2. Şimal alqonkinləri
3. Mərkəz alqonkinləri
4. Qərb alqonkinləri
Ümumi sayı
160.000-dən çox
Yaşadığı ərazilər
Kanada Kanada
ABŞ ABŞ
Dili

Alqonkin dilləri

Dini

Xristianlıq və yerli dinlər

Qohum xalqlar

Eskimoslar, atabasklar

Alqonkin adı ən dar (Algonquin) mənası ilə alqonkinləri və dillərini, ən geniş (Algonquian) mənası ilə də Alqonkin xalqları və dillərini ifadə edir. Alqonkin termini maliset dilindəki "elakómkwik" (ɛlæˈɡomoɡwik ;«bizim qohumlar») sözündən yarandığı iddia olunur.

Mədəni cəhətdən alqonkinlər 4 qrupa ayrılır:

1. Şərq alkonqinləriKanadaABŞ-də yaşayırlar və dilləri Şərqi Alkonqin dillərinə aiddir: mikmaklar, abenakilər, malesitlər, lenapelər, Karolina alqonkinləri və s.

2. Şimal alqonkinləriKanadada yaşayırlar və dilləri Mərkəzi Alkonqin dillərinə daxildir: krilər, atikameklər, naskapilər, innular, alqonkinlər, menominilər və s.

3. Mərkəz alqonkinləriKanadaABŞ-də yaşayırlar və dilləri Mərkəzi Alqonkin dillərinə aiddir: çipevalar, potavatomilər, meskvakilər, şavnilər, miamilər, illinoyslar və s.

4. Qərbi alqonkinlərKanadaABŞ-də yaşayırlar və dilləri Ova Alqonkin dillərinə daxil edilir: qaraayaqlar, arapaholar, atsinalar, şayenlər və s.

  1. Алгонкинләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 222.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]