Altışüalı süngərlər (lat. Hexactinellida) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi.
Altışüalı süngərlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Tip: Sinif: Altışüalı süngərlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Tipik okeanlarda yaşayan orqanizmlərdir. Adətən okeanın 100 m-dən çox dərinliyində yaşayırlar. Bədənlərinin hündürlüyü 2 m-ə çatır. Bədəninin forması kisə, çəllək, yaxud qədəhşəkillidir. Skeleti altışüalı silisium iynələrdən ibarətdir. Şüalar 3 qarşılıqlı perpendikulyar olan müstəvilər üzərində yerləşir. İynələrin bəzilərində bir və ya bir neçə şüa reduksiyaya uğrayıb. 500-ə yaxın növü var.
Ən tanınmış nümayəndələri hyalonema, aphrocallistes, schaudinnia, aulosaccus, acanthascus, caulophacus-dir. Bəzi növlərinin skeletindən bəzək əşyası kimi istifadə olunur.