Altı günbəz sinaqoqu — Quba rayonunun Qırmızı Qəsəbəsindəki İsaak Xanukov küçəsində yerləşən, memar Gilel ben Xaimin layihəsi əsasında 1888-ci ildə inşa edilmiş sinaqoq.[1] Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır.[1]
Altı günbəz sinaqoqu | |
---|---|
41°22′00″ şm. e. 48°30′24″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Quba |
Yerləşir | Qırmızı Qəsəbə, İsaak Xanukov küçəsi |
Aidiyyatı | İudaizm |
Memar | Gilel ben Xaim |
Tikilmə tarixi | 1888 |
Üslubu | Şərq üslubu[1] |
Günbəzləri | 6 |
Vəziyyəti | Restavrasiya olunub (1995–2000) |
Kateqoriya | Sinaqoq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır.[1]
Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır. Hazırda dindarların istifadəsində olan məbədin zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx də vardır.[1]