Altılәçәk quşqonmaz

Altıləçək quşqonmaz — Hündürlüyü 30-60 sm, gövdəsi sadə, düz, çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kökyumrusu şəklində qalınlaşmış köklərdir.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Yarpaqları neştərvari-xətlidir, çoxsaylı,daha iri uzunsov, dərin kəsilmiş və dişli yarpaqcıqlı və onlar arasında oturmuş cüt xırda yarpaqcıqlıdır; bütün yarpaqcıqlar üst tərəfdən çılpaq, alt tərəfdən isə damar boyu tüklüdür.

Çiçəkləri çoxçiçəkli süpürgədə toplanmışdır. Ləçək və kasa yarpaqları 6 ədəddir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir,uzunluğu 6 mm-ə yaxındır,əksinəyumurtaşəkillidir. May-iyun aylarında çiçəkləyir.

Meyvələri 9-12 ədəd, düz, oturaq və tüklüdür. İyun-avqust aylarında meyvə verir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda.Ovalıqdan yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Çəmənliklərdə, kolluqlarda,otlu yamaclarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Kökləri yeməlidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016