Altınbeşik mağarası

Altınbeşik (türk. Altınbeşik), Düdənsuyu — Türkiyə ərazisində, Antaliya ilində karst mağarası. Mağara Manavqat şəhərinin 55 km-də yerləşir. Mağaranın məlum olan uzunluğu 4 500 metrdir[1]. Mağara daxilində olan göl dünyada böyüklüyünə görə üçüncü, ölkədə isə birincidir[2]. Dəniz səviyyəsindən 450 metr yüksəklikdə yerləşən mağara "Altınbeşik mağara" Milli Parkının ərazisindədir. Milli Park 1994-cü ildə yaradılmış.

Altınbeşik mağarası
türk. Altınbeşik
Ümumi məlumatlar
Dərinliyi +101 m
Uzunluğu 4500 m
Kəşf tarixi 1966
Giriş sayı 1
Ziyarətçilər üçün əlçatılan Açıqdır
Yerləşməsi
37°02′16″ şm. e. 31°38′00″ ş. u.
Ölkə  Türkiyə
Region
Şəhər
  • Manavgat
Altınbeşik mağarası xəritədə
Altınbeşik mağarası
Altınbeşik mağarası

Mağara 1966-cı ildə geoloq, professor Temuçin Aygen tərəfindən kəşf olunub. Mağara öz adını yerləşdiyi Altınbeşik dağından götürmüş. Mağaranı 1955-ci ildə çex, 1966-1967-ci illərdə britaniya, fransız, 1986-cı ildə isə yapon mütəxəsisləri tədqiq etmişlər. Tədiqatlar müasir dövrdə də davam edir.

Mağara Qərbi Tavr dağlarında, Manavqat çay dərəsinin qərb yamacında yeləşir. Yaxınlıqda kiçik Ürünlü kəndi yerləşir. İbradı şəhəri mağaranın 13,5 km-də yerləşir. Mağara horizontal formada yerləşir və üç mərtəbədən ibarətdir. Giriş hissəsi yetərincə böyükdür və 40 metr hündürlüyə malikdir.[3] Ən aşağı səviyyədə yeraltı göl, çayşəlalə yerləşir. Ən böyük göl isə mağara girişində yerləşir. Gölün uzunluğu 125 metr, dərinliyi isə 9-15 metr arasında dəyişir. Böyük göldən sonra nisbətək kiçik ölçülü göllər zənciri gəlir. Ümumən göllərin sayı 20-dir.[4] Böyük gölün sonunda böyük ölçülü travertin daş mövcuddur və bu daş üzərindən ikinci qata qalxmaq mümkündür. Yağışlı mövsümdə su ikinci mərtəbəyə qədər çatır. Üçüncü mərtəbə hər zaman quru olur. Bu yarusda valunlar, stalaqtitlər və stalaqmitlər mövcuddur.

Mağaranın ən hündür nöqtəsi +101 metrdir. Bu girişdən olan nisbi hündürlükdür. Mağaradakı su Beyşeher gölü ilə əlaqəlidir. Ümumən Altınbeşik mağarası böyük mağara sisteminin bir hissəsi hesab olunur.

Mağara İbradı şəhərindən 13,5 km; Ürünlü kəndindən 4 km məsafədə yerləşir. Manavqatdan mağaraya iki alternativ yol mövcuddur. “Yayla Alan“ (Avasun) yolu adlanan bu yolun uzunluğu 55 km-dir. İkinci yol isə Alaniya yolundan ayrılan Konya yoludur. Uzunluğu 85 km-dir. Əvvələr Ürünlü kəndindən mağaraya avtomobil yolu olmasada hal-hazırda yol çəkilmiş. Mağaraya giriş pulludur (5.00 TL. 2016 ). Mağara girişində kafe fəaliyyət göstərir. Göldə gəzinti üçün xüsusi qayıqlar fəaliyyət göstərir. Qayıqla göldə gəzinti pulsuzdur. Göl suyunda çimmək qadağandır. Günün sonunda mağaraya giriş bağlanılır.

  1. "BUMAK". 2007-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.
  2. "Altınbeşik Mağarası". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.
  3. "Arxivlənmiş surət". 2016-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-27.
  4. ALTINBEŞİK MAĞARASI Arxivləşdirilib 2017-10-14 at the Wayback Machine Dünyanın 3. büyük yeraltı su mağarasını keşif edin