Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. Məzmun böyük ehtimalla heç bir dəyişiklik edilmədən https://books.google.az/books?id=tyeDDwAAQBAJ&pg=PA28&lpg=PA kopyalanıb. (Yoxla)
Əgər bunun belə olmadığını düşünürsünüzsə, müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın. Məqalənin müəllifinə: Müəlliflik hüquqları |
Altınqazıx - türk, altay və monqol mifologiyalarında Qütb ulduzu (Polaris). Qızıl Paya mənasını verir. Altankazguk və ya Altunkazuk şəklində də deyilir. Demirkazık (Temürkazuk) və ya Demirçivi (Temürçivi) olaraq da bilinər. Monqol mədəniyyətində isə Altanhadas (Altankadas, Altanhadak, Altanhadah) deyilir. Səmanın tam təpəsində olan ulduz. Göyün bu ulduzun ətrafında döndüyünə inanılır. Səma tanrıları atlarını bu payaya bağlarlar. Yeraltının müqəddəs bir qütbü və pazı vardır. Yeraltı tanrıları da atlarını bu payaya bağlarlar. Yer altı və səma qütblərini birləşdirən isə Dəmir Dirək və ya Ulu Qayındır. Bəzən də Tanrıya gedilən bir qapı və ya dəlik olaraq ifadə tapar. Akboz At və Gökboz At adlı iki at Demirkazığın ətrafında dönər. Monqolca mənası qızıl mıx deməkdir. Paya, dirək, mismar kimi obyektlər həmişə bir yerə vurulmuş olmağı ifadə edir ki, göyün sabitləndiyi bir oxu vurğulayır. Bu yanaşma elmi olaraq da onsuz da etibarlı görünməkdədir.