Alt paltarı (fr. culotte troussée — sarınmış, bükülmüş və ümumiyyətlə «qısa şalvarlar»[1]) — bilavasitə çılpaq bədənə geyilən geyim. Ənənəvi olaraq alt paltarlar sağrı və cinsiyyət orqanlarını bağlayır. Qadınlar və kişilər üçün alt paltarları mövcuddur. Bir qayda olaraq, əsl alt paltarlarını pambıq və ipək materiallardan hazırlayırlar, ancaq sintetik və kətan materiallardan da istifadə olunur. Müasir dövrdə kişilər və qadınlar üçün alt paltarlarının çox sayda biçim və növləri mövcuddur:
Bokser-briflər | Brif | bokser | Üzgücü alt paltarı |
Strinqlər | Tonq | Bikini |
Alt paltarların bir çox modelləri (bokserləri çıxmaqla) bədənə sıx yapışır. Alt paltarlar üst geyimləri bir sıra ifrazatlarla (tər və sidik) çirklənmədən, həmçinin intim bölgələri üst paltarların çirklərinin daxil olunmasından qoruyur. Soyuq aylarda alt paltarı əlavə istilik sağlayaraq soyuqlamadan qoruyur.